Icma.az
close
up
RU
Bayrama bayram qatmaq mümkün olacaqmı?

Bayrama bayram qatmaq mümkün olacaqmı?

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatlarında martın sonuna qədər fasilə yaransa da, qarşıdakı günlərdə futbolsuz qalmayacağıq.

Ona görə ki, millimiz beynəlxalq yoldaşlıq oyunları çərçivəsində iki dəfə meydana çıxacaq. Özü də tarixində ilk dəfə Sumqayıtda və Masazırda. Yəni gözlərimizin önündə!
22 mart
Azərbaycan – Haiti

Hakimlər: KADİR SAĞLAM, Dəniz Caner Ozaral, Anıl Usta, Fərid Hacıyev.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 21.45.
25 mart
Azərbaycan – Belarus

Hakimlər: ALEKO APTSİAURİ, Davit Axvlediani, Davit Qabisoniya, Tural Qurbanov.
Bakı, “Bank Respublika Arena”. Saat 21.45.
Yeni fəsil, yeni seçimlər, yeni ümidlər, ümumiyyətlə, millimizin tarixində yeni səhifə... Sən Allah, bu dəfə alınsın. Bu dəfə məyus olmayaq. Yığmamızın baş məşqçisi Fernando Santuş, nəhayət, komandasıyla birgə bizi sevindirməlidi. Daha doğrusu, bayram bayrama qarışmalıdı. O başqa məsələ ki, Millətlər Liqasında yaşadığımız məlum sarsıntıdan sonra yalnız daha ciddi uğurlar sayəsində özümüzə gələ bilərik. Hər halda, yığma ilk oyunda Haitiylə qarşılaşacaq və əlbəttə, meydana qələbə üçün çıxacaq.
Hər üç milli komandanın oyunlara diqqətlə yanaşacağı gözlənilir. Lakin yığmamız, xüsusilə karyerası ərzində ilk dəfə milliyə çağrılanlar – Xəyal Əliyev, Şahin Şahniyarov və Ağadadaş Salyanski beşqat hazırlıqlı olmalı, formaya layiq olduqlarını sübut etməlidilər. Baxmayaraq ki, həm Haiti, həm də Belarus yığmaları da yetərincə təcrübəli futbolçulardan qurulub. Hər iki komandanın heyətində az-çox tanınan klublarda top qovan futbolçular var. Bu mənada Haiti yığmasından Qarison İnosent (“Riteryay”, Litva), Karlens Arkus, (“Anje”, Fransa), Rikardo Ade (LDU, Ekvador), Fafa Piko (“İnter Mayami”, ABŞ), Denli Jan Jak (“Filadelfiya Union”, ABŞ), Dukkens Nazon (“Kayserispor”, Türkiyə) və Frontdi Pyeronu (AEK, Yunanıstan), Belarus millisindən isə Fyodor Lapuxov (ÇSKA, Bolqarıstan), Sergey Politeviç (“Torpedo”, Rusiya), Maks Ebonq (“Astana”, Qazaxıstan) və Artyom Şumanski (ÇSKA, Rusiya) kimi futbolçuları fərqləndirə bilərik. Göründüyü kimi, Piko Leonel Messi və Luis Suares kimi dünyaca ünlü futbolçularla eyni liqada çıxış edir. Üstəlik FİFA-nın yığmalar üçün reytinq cədvəlində Haiti 86-cı, Belarus 98-ci, bizimkilər isə 117-ci pillədədi. Belədə meydanda heç də maraqsız mübarizə izləməli olmayacağıq. İzləmək demişkən, gələk əsas məsələyə.
Millimiz tarixində ilk dəfə Sumqayıt və Masazırda oynayacaq. Son ev oyunu da Qəbələdə olmuşdu. AFFA rəhbərliyinin yığmamız üçün oyun coğrafiyasının genişləndirilməsi naminə işlər gördüyünü demək mümkündü. Bizə düşən isə komandamızı tək toymamaqdı. Onsuz da ölkədə Novruz bayramıyla bağlı uzunmüddətli tətil başlayıb. Loru dildə desək, vur çatlasın-çal oynasın ab-havasında olacağıq. Deməli, sumqayıtlılar və masazırlılar stadiona gəlməklə yanaşı, millimizi 90 dəqiqə ərzində qələbəyə səsləmək üçün özündə güc tapa bilər. Bununla həm formalaşdırılması yönündə addımlar atılan, hətta 1-ci liqadan belə futbolçu çağrılan yığmamız yeni ilin, özü də bayram günlərinə düşən ilk matçından etibarən yeni mərhələyə qədəm qoya bilər!
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri