Icma.az
close
up
RU
“Bayramdan sonra bunları etsək, orqanizmimizə ziyan vuracağıq” XƏBƏRDARLIQ KONKRET

“Bayramdan sonra bunları etsək, orqanizmimizə ziyan vuracağıq” XƏBƏRDARLIQ KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bayram günlərində süfrələrin bolluğu, yüksək kolorili yeməklər və qeyri-müntəzəm qidalanma orqanizmin gündəlik ritmini pozur. Bu dövrün ardından bir çox insan əvvəlki formaya qayıda bilməyin yollarını axtarmağa başlayır. Mütəxəssislər isə deyir ki, ilk növbədə psixoloji təsir yaratmamaq lazımdır.“

Bu fikirləri Bütüncül Tibb Dietoloqu Ceyhunə Yusifova KONKRET.az-a açıqlamasında səsləndirib.

“Bayram günlərində bir az artıq yemək normal haldır. Bu, sağlam həyat tərzinə son qoymaq anlamına gəlmir. Özümüzə qarşı sərt olmaq yerinə mərhəmətlə yanaşaraq yeni bir mərhələyə keçid etmək lazımdır. İkinci, su balansını bərpa eləmək lazımdır. Bədəndə toplanan ödəmi atmaq və həzmi yüngülləşdirmək üçün günə mütləq su içərək başlamaq lazımdır. Səhərlər ac qarına bir stəkan suya qaşığın ucunda soda və bir neçə damcı limon əlavə edirik. Bu qələvi su adlanır. Həzm sisteminə çox faydalıdır. Detoks dəstəyi ilə vəziyyəti daha da yüngülləşdirmək olar. Detoks orqanizmin təmizlənməsi üçün güclü bir vasitədir, lakin bu proses ac qalmaqla deyil, bədəni dəstəkləyən qidalarla həyata keçirilməlidir. Tərəvəzlər, yaşıl şirələr ödəmi təmizləyir və həzmi yaxşılaşdırır. Bədəndəki iltihabı azaldır. Yüngül şorbalar, buxarda tərəvəzlər həzm prosesinə yaxşı təsir edir. Bədənimizi detoks edir və iltihabi proseslərdə mühüm rol oynayir”.

Dietoloq qeyd edir ki, səhər yeməyini mütləq yemək lazımdır. Səhərlər zülalla zəngin olan yumurta, kəsmik, sağlam yağlardan zeytun, avokado, liflə zəngin qidalardan və tərəvəzlərdən istifadə etmək lazımdır. Ağ un və şəkər məhsulları isə mərhələli bir formada rasiondan uzaqlaşdırılmalıdır.

“Bayramdan sonra mütləq hər gün 20-30 dəqiqə yüngül gəzinti belə etsəniz kifayətdir. Hərəkat etmək maddələr mübadiləsini canlandırır və əhvalı yüksəldir, eləcə də yuxu rejimini nizamlayır. Keyfiyyətli yuxu yatmaq əsas şərtlərdən biridir. Bayramdan sonra bədənimizi cəzalandırmaq yox dəstəkləmək lazımdır.”

Dietoloq Şumarə Qaracayeva isə bildirir ki, bayram günlərində qidalanmamıza və fiziki aktivliyimizə heç fikir vermirik. Yəni yüksək katbohidratlı qidalar qəbul edirik:

“Bayramlardan sonra bir, iki kiloqram artıq çəki almaq yorğunluq, şişkinlik hallarının olması normaldır. İlk öncə təlaşa düşməməliyik. Birdən-birə bütün qidaları kəsməs məsləhət deyil. Üç-beş gün ərzində karbohidratımızı azaldırıq. Yüksək karbohidratlara daxil olan paketli qidalar, şəkər, şirniyyatları rasionumuzdan birinci mərhələdə çıxardırıq. Qidalanmamızda kəskin dəyişikliklər etsək və yaxud da ağır fiziki məşqlərə başlasaq, o zaman orqanizmimizə xeyir yox, ziyan vura bilərik. Yavaş-yavaş dəyişikliklər etdiyimiz zaman sağlamlığımızı pozmadan öz əvvəlki formamıza geri qayıdacağıq.”

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Mart 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri