Icma.az
close
up
RU
Bayramov Azərbaycan tərəfinin gözləntilərini Lavrova çatdırdı Telefon danışığı Yeni Çağ Media

Bayramov Azərbaycan tərəfinin gözləntilərini Lavrova çatdırdı Telefon danışığı Yeni Çağ Media

Yenicag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan və Rusiya prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Telefon danışığı zamanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

C.Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.

Nazir ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 28 Dekabr 2024 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see238

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see203

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see146

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see145

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see136

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see136

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see131

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see131

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see126

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see126

“Rus ordusu Dobropolye yaxınlığında mühasirəyə düşə bilər” Ukraynalı ekspert

09 Sentyabr 2025 15:57see120

Anasını WhatsApp mesajına görə bıçaqlayan kişi HƏBS EDİLDİ

09 Sentyabr 2025 09:04see118

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see118

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see118

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see117

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see115

Kaya Kallas: Moskva Ukrayna ilə danışıqlar masasına oturmalı olacaq

09 Sentyabr 2025 15:13see114

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see114

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see114

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri