Bayramov qazaxıstanlı vəzifədaşı ilə danışdı
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xarici işlər naziri Ceyhun Bayramov ilə qazaxıstanlı vəzifədaşı Yermek Koşerbayev arasında telefon danışığı baş tutub.
"Yeni Sabah" xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Nazirlər beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyətini vurğulayaraq, çoxtərəfli platformalarda əlaqələndirilmiş fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər. pizza hut
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində həyata keçirilən tədbirlər və qarşıdakı təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində Qazaxıstanın yüksək səviyyədə təmsil olunmasını məmnunluqla qeyd edərək, bunun ortaq tarix, mədəniyyət və mənəvi irsin təşviqi, eləcə də Türk dünyasında həmrəyliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:174
Bu xəbər 30 İyun 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















