Bayramov qazaxıstanlı həmkarı ilə danışdı
Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xarici işlər naziri Ceyhun Bayramovla Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı aparılıb.
XİN-dən Metbuat.az-a verilən məlumata görə, Qazaxıstanın xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-yə səfəri zamanı Azərbaycan-ABŞ arasında əldə edilmiş razılıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesində əldə olunmuş nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. İmzalanmış sənədlərin bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.
Nazirlər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıblar.
Azərbaycan və Qazaxıstanın üzv olduqları regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, yaxın aylarda keçiriləcək tədbirlərə hazırlıq məsələləri müzakirə olunub.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

