Icma.az
close
up
RU
“Bazar alverçiləri” vergiyə cəlb EDİLİR

“Bazar alverçiləri” vergiyə cəlb EDİLİR

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspertlərdən fərqli yanaşma: bəziləri yeni qaydaların ciddi problem yaradacağını, bəziləri də bunun böyük miqyasda vergidən yayınmanın qarşısını alacağını deyir... 
Azərbaycanda bazarlarda işləyən sahibkarlardan vergi uçotunda olmaları tələb ediləcək. Əks təqdirdə, hər bir uçotsuz sahibkar üçün bazar mülkiyyətçilərinə və ya idarəçilərinə 2 min manat maliyyə sanksiyası tətbiq ediləcək. Bu, Milli Məclisin müzakirəsinə çıxarılacaq Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.  
Bizim.Media “musavat.com”a istinadən xəbər verir ki, layihə bazarlarda, o cümlədən ticarət mərkəzlərində 2025-ci ildən fəaliyyət göstərən sahibkarlara şamil ediləcək.
Ancaq kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanların istisna təşkil edəcəyi gözlənilir.  
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Turan”a bildirilib ki, nəzərdə tutulan dəyişiklik kənd təsərrüfatı məhsullarının bazarlarını əhatə etməyəcək:
“Ancaq layihə digər bazarlarda, o cümlədən ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlara şamil ediləcək. Onlar təsərrüfat subyektlərini və özlərinin vergi uçotuna alınmalı olacaqlar”.  
Xidmətdən qeyd olunub ki, bazarların mülkiyyətçiləri və idarəediciləri bazarlarda fəaliyyət göstərən sahibkarlara satış obyektlərini icarə götürülməsi barədə müqavilələri rəsmiləşdirdikdən sonra fəaliyyət başlamasına və vergi uçotuna alınmasına şərait yaratmalıdır:
“Vergi uçotuna alınmayan sahibkarlara bazarlarda fəaliyyət göstərməyə icazə verilməyəcək”.  
Qurumdan vurğulanıb ki, dəyişikliyin məqsədi bazarlar üzərində vergi nəzarətinin effektiv qurulmasını təmin etməkdir:
“Qanun qəbul olunduğu təqdirdə 9 ay sonra qüvvəyə minəcək və qüvvəyə mindikdən sonra bazar mülkiyyətçilərinə və idarəedicilərinə 6 ay vaxt veriləcək ki, sahibkarlarla rəsmi icarə müqaviləsini bağlasınlar, sahibkarlar vergi uçotuna alınsınlar”.  
İqtisadçılar hesab edir ki, yeni qayda dövlət büdcəsinə böyük vəsaitlər gətirə bilməyəcək. Qeyd edək ki, bir çox ölkələr kiçik sahibkarları, o cümlədən bazarlarda fəaliyyət göstərən ticarətçiləri vergi sisteminə cəlb etmək üçün sadələşdirilmiş vergi rejimləri tətbiq edirlər. Bu, kiçikmiqyaslı sahibkarlar üçün vergi ödəmə prosesini asanlaşdırır və onlara əlavə bürokratik maneələr yaratmır. 
Misal üçün, qardaş ölkə Türkiyədə kiçik sahibkarlar və bazar ticarətçiləri üçün “vergidən azad zonası” yaratmaqla onların vergi ödəmələri sadələşdirilib.
Kiçik ticarətçilər üçün gəlir vergisinin müəyyən bir hissəsi azaldılıb, beləliklə, onlar daha asan şəkildə vergi ödəyirlər. 
Hindistanda kiçik müəssisələr üçün “GST (Goods and Services Tax) rejimi” tətbiq olunur. Bu rejim mikro və kiçik sahibkarlar üçün vergi ödəmələrini sadələşdirir və daha geniş vergi bazası yaratmağa kömək edir. 
Bəzi ölkələrdə sahibkarların vergi yükünün yüngülləşdirilməsi məqsədilə vergi güzəştləri tətbiq olunur. Bu cür güzəştlər onların vergi ödəmə sisteminə daxil olmalarını təşviq edir. Misal üçün, Braziliyada kiçik ticarətçilər üçün “Simples Nacional” adlı bir sistem mövcuddur ki, burada kiçik sahibkarlar vergiləri daha sadə və az miqdarda ödəyirlər. Bu sistem bazar ticarətçilərinin vergi yükünü azaltmaqla, onların qanuni fəaliyyət göstərməsini təmin edir.
 

Çində kiçik ticarətçilər üçün vergi güzəştləri tətbiq edilir, bu da onları vergi sisteminə daxil olmağa təşviq edir. Cənubi Koreyada  sadələşdirilmiş vergi sistemləri ilə kiçik sahibkarlara vergi ödəmə prosesində daha şəffaf və anlaşılan qaydalar təqdim edir. Yaponiyada vergi bəyannamələrinin təqdim edilməsi sadələşdirilmiş və elektron formada həyata keçirilir, bu da sahibkarlara vergi ödəmələrini düzgün şəkildə etməyə imkan verir. 


Dünya təcrübəsi göstərir ki, bazarlarda fəaliyyət göstərən sahibkarların vergi uçotuna cəlb edilməsi üçün sadələşdirilmiş vergi rejimləri, vergi güzəştləri, elektronlaşdırma və şəffaf vergi idarəetməsi kimi müxtəlif yanaşmalar mövcuddur. Lakin bu tədbirlər təkbaşına dövlət büdcəsinə böyük vəsaitlər gətirməyə bilər. Əhəmiyyətli olan bazar sahibkarlarını vergi ödəməyə təşviq edəcək şəraitin yaradılması və vergi yığımı prosesininsadələşdirilməsidir. Bununla yanaşı, vergi ödəyicilərinin məlumatlılığını artırmaq və onlara hüquqi dəstək vermək də vacibdir. 
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:
“Ümumiyyətlə, yeni qaydaların tətbiqi ciddi problemlər, hətta qeyri-leqal ödənişlər üçün də əsaslar yaradacaq. Yol kənarında, biz rayonlara səfər edərkən kiçik bazarlar görürük. Bu qaydalar həmin bazarlara da tətbiq ediləcəkmi? O bazarlarda çalışanlara, yaxud həyətinin qırağında mal satan kəndli və fermerlərə də şamil olunacaqmı? Ümumiyyətlə, bu tətbiqdən ölkə büdcəsinə daxil olan gəlirlər maksimum bir neçə milyon manat ola bilər.
Buna görə insanlara əziyyət verməyə və ya hər hansı formada onların vergisini artırmağa dəyərmi? Çünki vergilərin artırılması məhsul və xidmətlərin qiymətlərinin də yüksəlməsinə səbəb olacaq. Mənə elə gəlir ki, belə tədbirlərə ehtiyac yoxdur. Bu, büdcə üçün ciddi bir gəlir mənbəyi hesab edilə bilməz. Söhbət il ərzində cəmi 2-3 milyon manatlıq gəlirdən gedə bilər, buna ehtiyac varmı?” 
İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a mövqeyini bildirib:
“Öz qənaətimə əsasən və dünyada tətbiq olunan praktikaya əsaslanaraq qeyd etmək istəyirəm ki, hər bir sahibkarlıq subyekti mütləq vergi ödəməlidir. Bizdə çox maraqlı bir vəziyyət yaranmışdı. Bəzi ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarlar yalnız icarə  haqqı ödəməklə, dövlət büdcəsinə heç bir ödənişlər həyata keçirmirdilər. Həmin ödənişləri yalnız ticarət mərkəzləri həyata keçirirdi.
Mən hesab edirəm ki, bu, böyük miqyasda vergidən yayınmaya yol açırdı. Əlbəttə, hər bir ticarətlə məşğul olan şəxs vergi ödəməlidir. Lakin bunu da qeyd etməliyəm ki, gələcəkdə ticarət mərkəzlərinin rəhbərləri də bu vəziyyəti nəzərə almalıdır.
Bəzi hallarda, hazırda vergi öhdəliyi olmadığı üçün onlar sahibkarlardan daha yüksək icarə haqları tələb edirlər. Əgər bu vergi yükü sahibkarlara şamil olunacaqsa, ticarət mərkəzləri bunu nəzərə almalı və icarə haqlarını aşağı salmalıdır. Sahibkarlar da bu məsələdə haqlarını tələb etməlidir.
 

Çünki həm vergi yükünün artması, həm də yüksək icarə haqları sahibkarları daha çətin vəziyyətlə üz-üzə qoyur. O ki qaldı dövlət büdcəsinə daxilolmalara, bugünkü vəziyyətdə bu sahədə çalışan sahibkarların əslində sayını bilmirik ki, məsələyə dair dəqiq rəy bildirə bilək.


Məsələn, bizdə böyük ticarət mərkəzləri var,  Binə və Sədərək, "Mall"lar, əyləncə və ticarət mərkəzləri fəaliyyət göstərir. Regionlarda da belə ticarət mərkəzləri var, amma onların qeydiyyatı aparılmadığına görə bu mərkəzlərdə nə qədər sahibkarın çalışdığını müəyyən etmək çətindir. Bununla belə, hesab edirəm ki, bu sahədə kifayət qədər sahibkar fəaliyyət göstərir və onlar dövlət büdcəsini əhəmiyyətli gəlirlə təmin edə bilər". 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Dekabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see360

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see322

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see282

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see281

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see272

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see264

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see260

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see255

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see247

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see241

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see239

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see235

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see231

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see228

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see226

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see225

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see218

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see213

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see213

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri