Icma.az
close
up
RU
Bazar tənzimlənməsi, yoxsa bazar təmizləməsi? KONKRET

Bazar tənzimlənməsi, yoxsa bazar təmizləməsi? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Hansı əmtəəyə əl uzadırsan, qiymətinin baha olduğunu görürsən və deyirsənsə, deyirlər, bunu bazar özü tənzimləyir.

KONKRET.az musavat-a istinadən xəbər verir ki, belə deyənlər əsasən iqtisadçılardır. Onlar dünya və Avropanın bazar iqtisadiyyatına əsaslanaraq belə deyirlər. İqtisadçıların bəhs etdiyi ölkələrdə yüz ildir bütün əmtəə və xidmətlərin qiymətləri istehsal sənayesi və istehlak bazarı tərəfindən tənzimlənir.

O bazardan bizdə yoxdur. Bizdəki kolxoz bazarıdır, supermarketlər şəbəkəsidir, baqqal dükanlarıdır və sair və ilaxırdır. Axır ki, inkişaf etmiş ölkələrdəki bazardan deyil.

Bunlar tamam başqa-başqa anlayışlardır.

Avropada qiymətləri tələb-təklif bazarı tənzimləyirsə, bizdə bazar-dükan yiyələri tənzimləyir. Bir gün onlar ya sözləşərək, ya da bir-birinin bəhsinə satdıqları, təklif etdikləri məmulatların qiymətini kəllə-çarxa qaldıra bilirlər.

Pandemiya vaxtı 1 kilo zəncəfilin qiymətini 46 manata qaldırmışdılar, heyrətlənənə də deyirdilər, bazar belə tələb edir. Hesab edirdilər ki, zəncəfilin koronovirusun dərmanı olduğu haqda aparılan piar kampaniya effektiv nəticə verəcək, xalq marketlərə tökülüşüb, 200-300 qram da olsa, zəncəfil alacaq.

Hansı menecerin “iti” ağlının məhsulu idi, bilinmədi, amma baş tutmadı, xalq 46 manatdan zəncəfil almadı, gedib 400-500 manatlıq başqa dərman preparatları aldılar, özlərinə sistem qoşdurdular.

Bu, sadəcə, yox yerdən çox pul qazanmaq ehtirası idi. Alınmadı.

“İstisu” mineral suyu bazarlara yeni çıxanda ölkədə qopan ajiotajı xatırlayarsınız. Su başa gəldiyindən çox artıq qiymətə təklif edilirdi, az qala dünyanın ən baha mineral sularından biri olacaqdı. Bunu bazar diktə edirdi? Xeyr. Sadəcə, insanların 30 il boyunca işğal altında qalmış “İstisu” mədəninə münasibətdə vətənpərvərlik hiss coşmuşdu, hamı onu alıb dadına baxmaq istəyirdi. Susatarnlar isə xalqın bu tamarzılıq hissindən yararlanaraq pul qazanmaq fikrindəydilər. İndi marketlərdə “İstisu” şüşələri bir-birinə söykəli durur və onları yalnız bilən adamların məsləhəti ilə ehtiyacı olanlar alır.

Mal və qoyun-quzu ətinin qiymətini də bazar tənzimləmir, bu işə baxan ayrı-ayrı adamlar tənzimləyir. Əhalinin ətə olan həssaslığını bilənlər əmindirlər ki, ətin kilosu 30 manat da olsa, ətyeyənlər alıb yeyəcəklər. Belədirsə, onlara əti niyə ucuz sataq? Düşüncə budur.

Bir vaxtlar banan bazarında qiymətləri tənzimləyənlər tonlarla məhsulu xarab edir, zibilliklərə tökürdülər, amma ucuz qiymətə satmırdılar ki, bananın qiyməti ucuzlaşmasın. İndi bu, bazar tənzimləməsiydi? Əlbəttə yox.

Bazar tələb edirdi ki, bir həftəyə xarab olası məhsul istehlakçıya ucuz qiymətə təklif olunsun ki, əldə qalmasın, zibilliyə atılmasın. Amma “bazarkom”lar düşünürdü ki, bu, alıcıları pis öyrədər, ondan sonra onlar 3 manata banan almazlar. Yeri gəlmişkən, bananın kilosu Avropada əsasən 1 avro, Amerikada isə 1 dollardır. Amma bizim “bazarkom”lar onu xalqı 3 manatdan (2.99-filan) sırıyırlar.

Yayda yüz tonlarla pomidor, qarpız, yemiş, badımcan və sair meyvə-tərəvəzlər sırf “Azərbaycansayağı bazar tənzimlənməsi” üzündən zibil yeşiklərinə boşaldılır, milçəklər üçün ziyafət təşkil edilir.

Hazırda dərman preparatlarının qiymətlərindən narazılıq var. Yenə belə bir təkrarlanan ehkam var ki, dərman bazarında qiymətləri dövlətin tənzimləməsi düzgün deyil. Guya ki, özəl sektorda dərmanların qiymətini yalnız bazar tənzimləməlidir.

Bu, o zaman olar ki, ölkənin özündə bir çox əczaçılıq müəssisəələri çoxçeşidli dərman preparatları istehsal edə, ölkəyə eyni dərmanları gətirən çoxsaylı şirkətlər ola və onlar bir-birilə rəqabət aparalar.

Belə şey yoxdur. Bu sahədə rəqabət aparılmır. Bizdə rəqibi siradan çıxararaq bazarı təmizləmək adəti var. Ondan sonra qiymətləri tənzimləmək asan olur.

Bu cür olandan sonra hər şey dərman deposunun yiyəsinin insafına qalır. O istədiyi dərman istədiyi qiymətə təklif edəcək. Alan alsın, almayanın canı çıxsın.

Bu üzdəndir ki, dost-tanışları xarici ölkəyə gedən minlərlə adam hər gün “tapılmayan bahalı dərmanı” hansısa başqa ölkədə ucuz qiymətə tapdırır, aldırır, gətirtdirir. Bu yol da olmasa, kim bilir, kasıbçılıq üzündən lazımi dərmanı ala bilmədiyi üçün nə qədər vətəndaşımız vaxtsız vəfat edər.

Bəzən elə qələmə verirlər ki, sanki ölkəyə dərman gətirən kommersiya şirkətləri maddi sıxıntı içindədirlər. Elə şey yoxdur. Hamısı multi-milyonçudur. Bu saat ən mənfəətli sahə səhiyyə sahəsidir: tibbi xidmətlə, laboratoriya analizləri ilə, dərman satışıyla məşğul olan müəssisələr ziyanla işləmirlər, böyük qazancla işləyirlər.

Elə olmasaydı, istənilən qəsəbədə, izdihamlı küçədə 100-150 metr radiusda 5-6 aptek olmazdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri