Icma.az
close
up
RU
Bazar gücündən suiistifadə edənlərə qarşı tədbirlər görülür

Bazar gücündən suiistifadə edənlərə qarşı tədbirlər görülür

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Rəqabət Məcəlləsinin tətbiqi ilə bazar subyektlərinin maneəsiz və səmərəli fəaliyyətinin təmin edilməsi, liberal bazar münasibətlərinin inkişafının dəstəklənməsi, o cümlədən ölkədə rəqabət siyasətinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, rəqabət intizamının qorunması və inhisarçı davranışlarla mübarizə istiqamətində cari ilin on ayı ərzində bazarda hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə Dövlət Xidməti tərəfindən ümumilikdə 146 müraciətə baxılıb, onlardan 87-si təmin olunub. Eyni zamanda antidempinq, kompensasiya və mühafizə tədbirlərinin tətbiqi ilə bağlı daxil olmuş 21 müraciətdən 16-sı təmin olunub.

Bundan əlavə, müvafiq dövr ərzində iqtisadi təmərküzləşmə əməliyyatları üzrə  baxılmış 61 müraciətdən 33-ü təmin olunub. Rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət üzrə baxılmış digər müraciətlərin sayı 48 olub, onlardan 28-i təmin edilib.

Bazara giriş maneələri, təmərküzləşmə səviyyəsi, kartel tipli əlaqələr, dempinqli idxalın müəyyən edilməsi və qarşısının alınması istiqamətində Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində bir sıra əmtəə bazarlarında – maliyyə xidmətləri, mobil telefonların satışı bazarında rəqabət vəziyyətinin təhlil edilməsinə dair tədbirlər həyata keçirilib. Rəqabət qanunvericiliyə riayət olunması üzrə araşdırmalar aparılıb və müvafiq bazarlarda məhsul növləri müəyyən edilib.

Analoji dövrdə Dövlət Xidməti tərəfindən rəqabətpozucu davranışlarla mübarizə istiqamətində istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən və sahibkarların rəqabət imkanlarını məhdudlaşdıran haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadənin qarşısının alınmasına yönəlmiş tənzimləyici tədbirlər həyata keçirilib.

Bu ilin yanvar-oktyabr ayları ərzində qanunsuz reklamların yayımı ilə əlaqədar baxılmış 98 müraciətin 58-i təmin olunub. Mal və xidmətlərdən istifadə edərkən istehlakçı seçimlərini stimullaşdıran reklam fəaliyyəti üzrə həyata keçirilən tədbirlər çərçivəsində alkoqollu içkilər, ət məhsulları, tütün və tütün məmulatları, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsulları, nəqliyyat vasitələri, bank, kredit, təhsil, logistika, karqo və ictimai iaşə xidmətləri sahəsində ümumilikdə 29 bazar subyekti tərəfindən reklam qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib. Aşkar edilən pozuntular görülmüş tədbirlər nəticəsində könüllü aradan qaldırılıb.

Ötən dövrdə Dövlət Xidmətində pozuntu hallarının qarşısının alınması və rəqabət tənzimləmələri istiqamətində bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi barədə 130 müraciətə baxılıb. Rəqibin üzərində əsassız üstünlük qazanmaq, onun təsərrüfat qərarlarının qəbuluna və icrasına qanunsuz vasitələrlə təsir göstərməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidməti tərəfindən 1 iş, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə isə 3 iş qaldırılıb, 9 işə (5-i ötən ildən davam edən) baxılması başa çatdırılıb. Görülmüş tədbirlər nəticəsində təsərrüfat subyekti tərəfindən yol verilmiş pozuntular aradan qaldırılıb.

Rəqabətli biznes mühitinin təmin olunmasını, bazar subyektlərinin rəqiblərinə qarşı ədalətli davranışını və  rəqabət qanunvericiliyinə riayəti təşviq edən tədbirlər çərçivəsində Dövlət Xidməti tərəfindən cari ilin on ayı ərzində haqsız rəqabətə yolvermə ilə əlaqədar baxılması başa çatmış işlər üzrə 5 bazar subyektinə 189,7 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib və müvafiq icrası məcburi göstəriş verilib.

Bundan əlavə, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrə Dövlət Xidmətinə daxil olmuş müraciətlər zamanı görülmüş tədbirlər nəticəsində 23 bazar subyekti tərəfindən neqativ hallar könüllü aradan qaldırılıb.

Qeyd edilən dövr ərzində Dövlət Xidməti tərəfindən təbii inhisar subyektlərinin azad rəqabətə və müştəri mənafeyinə mənfi təsir göstərə bilən hərəkətlərinin qarşısının alınması və aradan qaldırılması istiqamətində qanunvericiliyin tələblərinə uyğun tənzimləyici tədbirlər həyata keçirilib, müvafiq sahədə bərabər, şəffaf, ədalətli və rəqabətə əsaslanan münasibətlərin formalaşmasının təmin edilməsinə dair tələblər təbii inhisar subyektlərin diqqətinə çatdırılıb.

Bundan əlavə, telefon çəkilişi zamanı müqavilə bağlanılmasından əsassız olaraq imtina edilməsi, qoşulma zamanı normativ hüquqi aktlarda nəzərdə tutulmayan tələblərin qoyulması, eləcə də ümumi istifadədə olan telefon rabitəsi xidmətləri göstərilərkən müəyyən edilmiş tariflərdən əlavə ödənişlərin tələb edilməsi ilə bağlı telekommunikasiya operatorları ilə maarifləndirici görüşlər təşkil olunub, mahiyyət üzrə yaranmış problemlərin həlli istiqamətində müzakirələr aparılıb.

Cari ilin on ayı ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar 1156 müraciətə baxılıb, onlardan 292-si təmin olunub, 550 halda qanunamüvafiq izahat və tövsiyə verilib, 28-i baxılması üçün aidiyyəti orqana göndərilib, 116 halda rəy və təklif verilib, 3 halda aidiyyəti üzrə müraciət etmələri tövsiyə olunub, 1 halda zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 166 müraciət üzrə isə araşdırmalar davam etdirilir. Qeyd edək ki, vətəndaşlardan daxil olan müraciətlər kommunal, hava yolu nəqliyyatı, dəmir yolu nəqliyyatı, suvarma (meliorasiya və irriqasiya), poçt xidmətləri və digər sahələri əhatə edib.

Qeyd: Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılıb. Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupuna rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti həyata keçirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri