Icma.az
close
up
RU
Bazara çıxarılan xırda buynuzlu heyvanların sayı azalır, amma quzu ətinə tələbat artır Deputat

Bazara çıxarılan xırda buynuzlu heyvanların sayı azalır, amma quzu ətinə tələbat artır Deputat

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2024-cü ilin iyul ayına olan rəsmi statistikaya görə, Azərbaycanda qoyun və keçilərin ümumi sayı 6 milyon 886 min 535 baş təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalma deməkdir. Paytaxt Bakı şəhərində isə qoyun və keçilərin sayı 19 min 749 baş olub ki, bu da əvvəlki illə müqayisədə 12,1 faizlik geriləmə göstərir. Ümumilikdə, məlumatlar heyvandarlıq sahəsində müəyyən azalmaların müşahidə olunduğunu ortaya qoyur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, millət vəkili Azər Badamov bildirdi ki, Azərbaycanda qoyun və keçilərin azalması tendensiyası davam etməkdədir.

"Bunun əsasında ilk növbədə ürüş sahələrin azalmasının dayandığını hesab edirəm. Əvvəllər ürüş kimi istifadə olunan torpaq sahələri təyinatı dəyişdirilərək əkin üçün istifadə olunur. Bu da xırda buynuzlu heyvanların otlaq sahələrindən istifadəni çətinləşdirir. Kəndin ətrafında geniş ürüş sahələri olmalıdır ki, xırda buynuzlu heyvanları otara bilsinlər. Olmayanda da kəndlilər məcburən heyvanların saxlanmasını dayandırırlar. 

Digər bir məsələ isə xırda buynuzlu heyvanların saxlanmasının daha çox əmək tələb etməsi ilə bağlıdır. Çünki, insanlar son zamanlar  daha rahat və rentabelli əməklə məşğul olmağa çalışır. Məsələn, 20 xırda buynuzlu heyvan saxlamaqdansa 2 iri buynuzlu mal saxlamaq daha rahat və rentabellidir. Bu baxımdan xırda heyvan saxlamaq adəti yavaş-yavaş azalmaqdadır. Hətta bəzi kəndlər var ki, ümumiyyətlə xırda buynuzlu heyvan qalmayıb. Bizim insanlar isə quzu kababı yeməyinə öyrəşiblər".

Deputat qeyd etdi ki, bir tərəfdən bazara təklif olunan xırda buynuzlu heyvanların sayı azalır, digər tərəfdən isə  quzu ətinə təlabat artır.

"Təbii ki, belə olan halda bazarda xırda buynuzlu heyvan ətinin qiyməti artacaqdır. Bundan çıxış yolu kimi sahibkarlar xırda buynuzlu heyvanları xaricdən idxal edirlər. Ona görə də bazarda ətin qiyməti müəyyən qədər nizamlanır.  Yəni bazar özü-özünü idarə edir. Amma idxaldan asıllı olmaq çıxış yolu deyil. Ət bazarında rəqabətin artması üçün kəndlərdə yaşayanları xırda buynuzlu heyvanların saxlanımasına stimullaşdırılmalı, maarifləndirləməli və müvafiq şərait yaradılmalıdır", - deyə Azər Badamov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri