Icma.az
close
up
RU
Bazarlarda bəzi məhsullar bahalaşa bilər

Bazarlarda bəzi məhsullar bahalaşa bilər

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Payız mövsümündə adətən bir çox kənd təsərrüfatı məhsullarının qiymətində artım müşahidə olunur.

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, payız‐qış mövsümündə kənd təsərrüfatı məhsullarındakı qiymət artımı müəyyən səbəblərlə əlaqədardır:

"Yem xərcləri artır. Həm daxili, həm də idxala bağlı yem və azot, gübrə kimi xammalların qiymətləri artırsa, heyvandarlıq məhsullarının maya dəyəri yüksəlir. Həmçinin mövsümi azalmalar baş verir. Tərəvəz, bostan, istixana məhsulları mövsümdə hava şəraiti, işçi qüvvəsi və nəql xərcləri səbəbindən azalır, qiymətlər qalxır. Eyni zamanda idxal asılılığı, valyuta və gömrük xərclərinin də burada rolu var. Xüsusilə yem, bəzi texniki xammallar və məhsullar üçün keyfiyyətli toxum və pestisid-gübrə kimi vasitələr idxaldan asılıdır. İqlim və hava şəraiti, suvarma problemləri, temperatur dəyişiklikləri, yağıntıların azalması məhsuldarlığa mənfi təsir göstərir".

A.Nəsirli bahalaşması gözlənilən məhsulları da sadalayıb:

"Ət və ət məhsullarında qiymət artımı baş verə bilər. Çünki yem xərcləri artır. Pomidor artıq bahalaşıb, bu da istixana sahələrinin azlığı ilə əlaqədardır. Kartof yığımın normal olmasına baxmayaraq nəqliyyat və saxlama xərcləri payız-qışa doğru artır deyə soyuq fəsillərdə qiyməti yüksəlir. Ümumilikdə, bostan məhsulları, meyvə və giləmeyvələr, həmçinin qarğıdalı və taxıl növlərinin qiymətində artımlar baş verə bilər".

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Sentyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see331

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see306

Toyda Nəfəslə bəyin rəqsi gündəm oldu (Video)

30 Avqust 2026 12:17see283

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see274

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see240

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see231

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see228

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see222

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see219

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see217

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see209

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see205

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see203

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see203

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see198

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see196

Səhər oyananda bunu edənlər gün ərzində daha enerjili olur

30 Avqust 2026 12:26see185

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see167

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see165

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri