Icma.az
close
up
RU
Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?

Bazarlarda satılan texniki kartoflar: Alıcılar necə ayıra bilər?

Icma.az, Olke.az saytına istinadən bildirir.

Bəzi bazarlarda və mağazalarda alıcılar yemək üçün nəzərdə tutulmuş kartoflarla yanaşı, texniki, yəni yem kartoflarına da rast gələ bilərlər. Qiyməti ucuz olduğuna görə bu kartoflara maraq göstərilsə də, təəssüf ki, onlar qida məqsədi ilə istehsal olunmayıb və yemək üçün istifadə edilməsi təhlükəlidir.

Bəs alıcılar bu kartofları necə ayıra bilər?

Qida eksperti İlkin Şirinov Ölkə.az-a açıqlamasında bildirib ki, son zamanlar kartoflar haqqında müxtəlif iddialar səsləndirilir.

Onun sözlərinə görə, laborator müayinəsi olmadan, analizlər aparılmadan, tərkibi öyrənilmədən hər hansısa iddianı insanlara yansıtmaq qanuna müvafiq deyil:

"Texniki kartof qida deyil. Bu kartof qida məqsədilə satışı təşkil olunub bazarlarda və ya piştaxtalarda qida kimi satıla bilməz. Əvvəla, bu kartof istehsal üçün texniki məqsədlərlə istifadə olunur. Sənaye xammalı kimi istifadə oluna bilər. Heyvan yemlərində də istifadə oluna bilər. Amma burada heyvanların da canlı olduğunu nəzərə alaraq müəyyən qaydalara əməl olunmalıdır.

Bu kartof qida standartlarına uyğunlaşdırılmır və onun üçün nəzərdə tutulmayıb. Çünki əsas odur ki, bu kartofda kimyəvi maddələrin yükü həddindən artıq çoxdur və onların yetişdirilməsində normadan artıq gübrələrdən, pestisidlərdən, herbistlərdən istifadə olunur və yüksək dozada tətbiq edilir. Həmçinin bu kartoflarda maddələr yığılanda saxlanma şəraitindən asılı olaraq müxtəlif dəyişikliklərə səbəb olur. 

İnsanların qidalanması üçün nəzərdə tutulan kartofların anbarlar fərqli olmalıdır. Nəzərə almaq lazımdır ki, qida üçün nəzərdə tutulmayan kartoflar fərqli anbarlarda saxlanmalıdır. Burada rütubətlilik, temperatur və digər faktorlar nəzərə alınmır. Həmçinin, bu kartoflarda etiketlənmə məsələsi də diqqətə alınmalıdır. Əgər belə kartoflar varsa və satışa çıxarılırsa, onların üzərində “texniki məqsədlər üçün istifadə olunma” qeydi olmalıdır".

Ekspert onu da qeyd edib ki, əgər bu qeydlər yoxdursa və kartof birbaşa satışa çıxarılırsa, bu, istehlakçıların sağlamlığını risk altına qoyur və qida təhlükəsizliyi qanunvericiliyinə ziddir:

"Bundan əlavə, bu cür kartoflar bişdikdən sonra acı dad verir, hamısı demək olar ki, bərabər ölçülü olur və qabığının altında yaşıl sahələr əmələ gəlir. Hətta bu bişdikdən sonra da müşahidə olunur.

Ən əsası kartofun tərkibində solanin deyilən maddə var. Solanin nədir? Kartof günəş işığına məruz qaldıqda, onun cücərən hissəsi bir yerə yığılır və göyərmə prosesi gedir. Solanin də kartofa acı dad verir. Bu, təbii kartofda da ola bilir, bəzən onunla texniki kartofu qarışdırırlar. Yəni elə başa düşürlər ki, bu texniki kartofdur, acı dad verir. Xeyr. Solanin əmələ gəldikdə təbii kartofa acı dad verir. Ondan istifadə etmək də təbii ki, mədə-bağırsaq pozuğunluqlarına gətirib çıxara bilir. 

Mən nəyi nəzərə çatdırmaq istəyirəm ki, insanların bu cür məhsullara yanaşması tamamilə düzgündür. Çünki mən özüm də buna şahid olmuşam. İki gün əvvəl belə bir hadisə ilə rastlaşdım: bir kartofu qaynadıb dadına baxanda, sözün əsl mənasında acı dad verir və yaşıl sahələr qabığın altında görünürdü. Son aylarda insanlar bu cür dadlarla dəfələrlə rastlaşıblar və texniki kartof olduğuna şübhə ediblər.

İnanmaq istəməzdim ki, bəzi işbazlar texniki kartofu qida kimi satmağa əl atsınlar. Amma ən doğru variant odur ki, insanlar tam dəqiq məlumatı laborator nəticələrinə əsasən əldə edə bilər".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 27 Yanvar 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see216

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see157

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see151

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see151

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see144

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see142

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri