Icma.az
close
up
RU
Bazarlarda satılan turşulara boya qatılır? EKSPERT AÇIQLADI

Bazarlarda satılan turşulara boya qatılır? EKSPERT AÇIQLADI

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Son günlərdə bazarlarda satılan kələm turşularının rənginin qırmızı olması üçün süni boyalardan istifadə edildiyi iddia olunur. Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirələrə səbəb olub.

Paylaşılan videolarda bildirilir ki, kələm turşusunun daha tez yetişməsi və qısa müddətdə qırmızı rəng alması üçün İrandan gətirilən xüsusi boya maddəsi istifadə olunur. İddialara görə, bu maddənin təsiri ilə kələm cəmi üç gün ərzində hazır turşu formasını alır. Bəs süni boyaların insan orqanizminə təsirləri nələr ola bilər?

Məsələ ilə bağlı qida eksperti Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, bazarda satılan kələm turşusunun qırmızılığını təmin etmək üçün İrandan gətirilən boya qatıldığı iddiasını əsaslandırmaq üçün laborator analizə ehtiyac var.

Onun sözlərinə görə, amma bir şeyi də unutmamalıyıq ki, kələmin turşuda qırmızıya çalması həmişə saxtakarlıq deyil:

"Rəng qırmızı kələm, çuğundur, bəzən də paprika kimi təbii komponentlərdən gələ bilir. "3 günə hazır olur" iddiası da avtomatik olaraq kimyəvi qatqı demək deyil. Kələm nazik doğrandıqda, duz miqdarı, temperatur və prosesin texnologiyası dəyişəndə turşu daha tez turşulaşa bilər. Sadəcə bu turşunun dadı klassik uzun fermentasiya dadı ilə eyni olmaya bilər.

Əgər doğrudan da süni boya qatılıbsa, bir neçə məqama diqqət etməliyik. İcazəli qida boyası istifadə olunubsa, düzgün dozada adətən təhlükəsizlik qiymətləndirməsindən keçmiş maddələr olur. Amma hər kəs üçün təsiri eyni olmaya bilər. Bəzi həssas insanlarda səpgiyə bənzər reaksiyalar kimi hallar mümkündür. İcazəsiz texniki boya istifadə olunubsa, burada problem var. Məsələn, beynəlxalq təcrübədə qida üçün qadağan edilən “Sudan” tipli boyalarla bağlı əsas narahatlıq onların DNT-yə zərər verə bilməsi və xərçəng riski ilə əlaqələndirilməsidir. Buna görə qidada istifadəsi qanunsuz sayılır. Bu tip boyalar daha çox uzunmüddətli və nəzarətsiz qəbul baxımından riskli hesab olunur. Ev şəraitində qida boyası istifadə olunub-olmadığını anlamaq çətindir. Amma şübhəni artıran kiçik əlamətlər ola bilər. Rəng həddən artıq parlaq və eyni tonludursa, suya, salfetə rəng çox çıxırsa, dad-qoxuda fərqin hiss olunursa, şübhələnə bilərik. Bunu birbaşa sübut kimi yox, sadəcə risk siqnalı qəbul edək. Ən praktik yanaşma etiketi olan, tərkibi və istehsalçısı göstərilən məhsulu seçməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri