Icma.az
close
up
RU
BCAW2026 çərçivəsində dəyirmi masa keçirildi Fotolar

BCAW2026 çərçivəsində dəyirmi masa keçirildi Fotolar

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayev kənd təsərrüfatının ekstremal istilərə, quraqlığa, daşqınlara, dəyişən yağış nümunələrinə və artan su qıtlığına daha çox məruz qaldığını və bunun təsirlərinin artıq ölçüləbilən səviyyədə olduğunu bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi bildirib ki, 2025-ci ildə rekord həddə çatan ən uzun isti dalğası Şəkidə 14, Bakıda isə 7 gün davam edib.

“Bu dəyişən tendensiya qəfil daşqınlarda da özünü göstərir. 2015-ci ildə 15 belə hal qeydə alınıbsa, 2020-ci ildə bu rəqəm 36, 2025-ci ildə isə 33 olub. Bu rəqəmlər göstərir ki, biz artıq iqlim dəyişikliyini sadəcə müşahidə etmirik, onu birbaşa yaşayırıq. Kənd təsərrüfatı üçün bəlkə də ən böyük çətinlik proqnozlaşdırıla bilməməzlikdir. Bu, məhsulun nə vaxt əkiləcəyinə, nə qədər suyun əlçatan olacağına, hansı bitkilərin yetişdirilə biləcəyinə və fermerlərin sərmayə qoymasına birbaşa təsir edir”, - o əlavə edib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, iqlim dəyişikliklərinin kənd təsərrüfatına yaratdığı risklər fonunda əsas məsələ aqrar transformasiyanı daha sürətli, ağıllı, dayanıqlı və inklüziv həyata keçirməkdir.

Nazir qeyd edib ki, Azərbaycanın kənd təsərrüfatının gələcəyi məhsuldar, rəqabətqabiliyyətli və iqlimədavamlı, bilik, innovasiya və texnologiyalara əsaslanan inkişaf modeli üzərində qurulur: “Bu yanaşma Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Dövlət Proqramında məhsuldarlığın və rəqabətqabiliyyətliliyin artırılması təbii resurslardan səmərəli istifadə, innovasiya, rəqəmsallaşma və dayanıqlılıq prinsipləri ilə uzlaşdırılır. 2030-cu ilədək müasir suvarma sistemlərinin tətbiq olunduğu sahələrin təxminən 130 min hektardan 300 min hektara çatdırılması, həmçinin iqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur”.

Nazir aqrar sahədə süni intellekt, peyk və məsafədən zondlama texnologiyaları, dronlar, sensorlar və iqlim məlumatlarından istifadənin genişləndirilməsinin fermerlərin daha düzgün və vaxtında qərarlar qəbul etməsinə imkan yaradacağını bildirib. O, meteoroloji və iqlim məlumatlarının əldə olunması məqsədilə 180-dən çox iqlim stansiyasının qurulmasına başlanıldığını diqqətə çatdırıb.

Rəqəmsal transformasiyanın əsas məqsədi texnologiyanın özündən daha çox, onun fermer üçün real praktik faydaya çevrilməsidir. Nazir bu prosesin xüsusilə kiçik fermerlər, qadınlar və gənclər üçün əlçatan və inklüziv olmasının vacibliyini qeyd edib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev təşəbbüslərdə qadın fermerlərin, gənclərin və elmi ictimaiyyətin səylərini birləşdirməli, həmçinin yerli və beynəlxalq qabaqcıl təcrübələrin tətbiqi üçün gücləri səfərbər etməyin vacibliyini diqqətə çatdırıb.

“Biz artıq bu əməkdaşlığın ilk bəhrələrini görürük. “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ictimaiyyət və Milli Məclis tərəfindən müsbət qarşılanıb”, - komitə sədri əlavə edib.

COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu və BCAW layihəsinin rəhbəri Nigar Arpadarai fermerlərin su qıtlığı kimi iqlim dəyişikliklərinin təsirlərini ilk hiss edənlər sırasında olduğunu vurğulayaraq deyib: “Bu, bizim üçün mücərrəd siyasət deyil. Söhbət kənd icmalarının dayanıqlılığından, ərzaq təhlükəsizliyimizdən, milli iqtisadi inkişafımızdan və davamlı gələcəyimizdən gedir. Yarandığı gündən “Harmoniya” təşəbbüsü elmi cəhətdən əsaslandırılmış qabaqcıl təcrübələrə uyğun, iqlimə davamlı, dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib. Biz bu mandatı ciddi qəbul etməli və fəaliyyətimizi buna uyğun qurmalıyıq”.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat kənd təsərrüfatını bəşər sivilizasiyasının bünövrəsi adlandıraraq deyib: “Bu bünövrə hazırda təhlükə altındadır və bununla bağlı tədbir görmək bizim öhdəliyimizdir. Çünki kənd təsərrüfatı olmasa, ərzaq olmaz, ərzaq olmasa, iqtisadi artımın digər sahələrindən söz gedə bilməz”.

FAO-nun nümayəndəsi Evetta Zenina kənd təsərrüfatının daha səmərəli və dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi və mövcud təşəbbüslər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb: “Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsü” COP29 sədrliyinin FAO ilə sıx tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi əsas təşəbbüslərdən biridir. Təşəbbüsün məqsədi aqrar-ərzaq sistemlərinin dayanıqlılığını artırmaq, iqlim maliyyəsinə çıxışı genişləndirmək və fermerlər, maliyyə institutları, beynəlxalq təşkilatlar və digər maraqlı tərəflər arasında əməkdaşlığı gücləndirməkdir”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov bildirib ki, iqlimədavamlılıq ayrıca ekoloji məsələ kimi deyil, kənd təsərrüfatının inkişafı üzrə ümumi gündəliyin tərkib hissəsi kimi nəzərdən keçirilir: “2026-2030-cu illər üzrə Dövlət Proqramında nəzərdə tutulan 86 tədbirin ən azı yarısı birbaşa və ya dolayı şəkildə kənd təsərrüfatında iqlimədavamlılığın gücləndirilməsinə xidmət edir”.

O qeyd edib ki, iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılması üçün su, torpaq, texnologiya, informasiya, maliyyə və məsləhət xidmətləri kimi istiqamətlər üzrə kompleks və inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir.

Dəyirmi masa müzakirələrlə davam edib.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2026 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri