Icma.az
close
up
RU
COP29 çərçivəsində yüksəksəviyyəli dəyirmi masa təşkil olunub FOTOLAR

COP29 çərçivəsində yüksəksəviyyəli dəyirmi masa təşkil olunub FOTOLAR

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

COP29 Dünya Liderləri Sammiti çərçivəsində “İqlim maliyyələşdirməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

Avtosfer.az xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil edilən tədbir dünya liderləri, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarının iştirakı ilə iqlim maliyyələşməsi və qlobal iqlim fəaliyyətinin gələcək perspektivlərinə həsr olunub. Tədbirdə COP29 çərçivəsində iqlim maliyyələşməsi üçün ortaq məxrəcin əldə olunması və Paris Sazişinin məqsədlərinə çatmaq üçün maliyyə razılaşmasının əhəmiyyəti diqqət mərkəzində dayanıb.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında iqlim maliyyələşdirilməsi mövzusunun əhəmiyyətini vurğulayıb və bildirib ki, hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazım olan iqlim maliyyələşdirməsini bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb: “COP29 Sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün artıq uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb. Onların bir ortaq fikrə gəlməsi üçün indi uğurlu fürsət yaranıb. Hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər.

İqlim maliyyələşdirilməsini necə daha effektiv etmək barədə fikirlərinizi və daha geniş maliyyə arxitekturasına töhfə vermək üçün konkret planlarınızı eşitməyi səbirsizliklə gözləyirik”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında bildirib ki, müasir dünyada hər il yaşıl texnologiyalara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yeganə cavab ola bilməz. Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, yaşıl iqlim hədəfləri istiqamətində səylər birləşdirilməlidir. Bunun üçün həmçinin qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir.

Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışlarında çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün aparılan işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda, ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək mühüm əhəmiyyət kəsb edir.

Dəyirmi masada müxtəlif ölkələrin yüksəksəviyyəli təmsilçiləri iqlim maliyyəsi ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, emissiyaların azaldılması üçün səylərin gücləndirilməli olduğunu ifadə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Noyabr 2024 01:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri