Icma.az
close
up
RU
BDU Azərbaycanda “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

BDU Azərbaycanda “Ərəb dili ayı”nın açılış həftəsinə ev sahibliyi edəcək

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 31 iyul, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” kimi elan olunub. Bu münasibətlə ərəb dilinə maraq göstərənlər üçün bir sıra tədbir və müsabiqələrin keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Ayın ilk iki həftəsində ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələri təşkil ediləcək. Bu müsabiqələrdə Azərbaycanda ərəb dili öyrənən hər kəs iştirak edə bilər. Bu, dil bacarıqlarını nümayiş etdirmək və mədəniyyətlərarası ünsiyyətə töhfə vermək istəyənlər üçün əla fürsətdir.

Avqustun üçüncü və ən önəmli həftəsinə Bakı Dövlət Universiteti (BDU) ev sahibliyi edəcək. Avqustun 18–dən 22-dək Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru professor Abdulla Əl-Vaşmi və onu müşayiət edən nümayəndə heyətinin iştirakı ilə “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, eləcə də ölkəmizdə akkreditə olunmuş bütün ərəb ölkələrinin səfirliklərinin nümayəndələri, ICESCO və digər beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı nəzərdə tutulur.

Bundan əlavə, avqustun 18-də ərəb dili üzrə beynəlxalq forum təşkil olunacaq. Forumda müxtəlif ölkələrdən dəvət edilmiş qonaqlar və Azərbaycanın tanınmış ərəbşünas alimləri çıxış edəcəklər.

“Ərəb dili ayı”nın tədbirləri avqustun dördüncü həftəsində Bakı Avrasiya Universitetində davam edəcək. Səudiyyə Ərəbistanı Mərkəzinin yerləşdiyi bu universitetdə “Ərəb dili ayı”nın bağlanış mərasimi keçiriləcək.

Hər iki universitetdə müəllim və tələbələr üçün müxtəlif mövzularda beynəlxalq təlim və treninqlərin təşkili də nəzərdə tutulur.

Ərəb dili və mədəniyyətinə marağı olan hər kəs bu silsilə tədbirlərdə iştirak etməyə dəvət olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 İyul 2025 22:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri