Icma.az
close
up
RU
BDU da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi oldu FOTOLAR

BDU da Azərbaycanda “Ərəb dili ayı”nın açılış mərasimi oldu FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçirilib. Tədbirdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, Səudiyyə Ərəbistanı Krallığının və digər ərəb ölkələrinin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.

Bakı Avrasiya Universitetinin Ərəbşünaslıq Mərkəzinin direktoru, dosent Ülviyyə Hüseynova “Ərəb dili ayı”nın məqsədi, əhəmiyyəti və tədbirin proqramı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, Azərbaycan xalqının ərəb dili ilə əlaqəsi qədim tarixə dayanır. İslam dünyası ilə mədəni, dini və elmi münasibətlərimizin əsas sütunlarından biri məhz ərəb dilidir. Əsrlər boyu Azərbaycan alimləri bu dil vasitəsilə böyük İslam mədəniyyətinə qoşulub, öz elmi irsini ərəb dünyasına təqdim ediblər. Bu missiyanın ən böyük daşıyıcılarından biri BDU və onun Şərqşünaslıq fakültəsidir. Professorlar Ələsgər Məmmədov, Rəhim Sultanov, Həsən Mahmudov, Mübariz Əlizadə, Aida İmanquliyeva, akademik Vasim Məmmədəliyev və bir çox başqa görkəmli şəxsiyyətlər ərəb dili və ərəb ədəbiyyatının Azərbaycanda öyrənilməsi və tədrisinin əsas sütunlarını yaradıblar. Bu ənənəni bu gün də davam etdirən müasir alimlərimiz var. Onların elmi fəaliyyəti nəticəsində Azərbaycan şərqşünaslığı dünya elminin ayrılmaz hissəsinə çevrilib: “Azərbaycan ərəbşünaslıq məktəbinin formalaşmasında böyük rolu olan alimlərin zəngin elmi irsi bu gün də gənc tədqiqatçılar üçün örnəkdir. BDU-nun Ərəb filologiyası kafedrası Şərqşünaslıq fakültəsinin əsas tədris və elmi-tədqiqat mərkəzlərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ilə mümkün əməkdaşlıq layihələri Universitetin tədris və tədqiqat imkanlarını daha da zənginləşdirə və gənclərimiz üçün yeni perspektivlər aça bilər. Son illərdə Bakı Dövlət Universiteti ərəb dünyasının bir sıra ölkələri ilə əməkdaşlıq əlaqələrini gücləndirib. Bir sıra ərəb ölkələrinin ölkəmizdəki səfirləri ilə görüşlər keçirilib, yeni layihələr müzakirə olunub. BDU-da ərəb dilinin tədrisini inkişaf etdirmək və ərəb dünyası ilə əlaqələri gücləndirmək üçün ardıcıl addımlar atılır. Əminik ki, bu fəaliyyət gənclərimizin elmi və peşəkar inkişafına, ölkələrimiz arasında qarşılıqlı dostluq və əməkdaşlıq körpüsünün daha da möhkəmlənməsinə xidmət edəcək”.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının baş direktoru Abdullah bin Saleh əl-Vaşmi Azərbaycan ilə ərəb dünyası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Bakı Dövlət Universitetində “Ərəb dili ayı”nın keçirilməsi yalnız elmi-mədəni hadisə deyil, həm də ölkələr arasında strateji tərəfdaşlığın dərinləşməsi üçün yeni imkanlar açır.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli bildirib ki, ərəb dili bütün dövrlərdə bəşəriyyətin ən qədim və mühüm dillərindən biri sayılıb. Ərəb dili 1973-cü ildən BMT Baş Assambleyasının rəsmi dillərindən biridir. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası ərəb dilinin qorunması, inkişafı istiqamətində mühüm işlər görməkdədir. Kral Salman Beynəlxalq Ərəb Dili Akademiyasının təşkil, Bakı Dövlət Universiteti ilə Bakı Avrasiya Universitetinin ev sahibliyi etdiyi “Ərəb dili ayı” Səudiyyə Ərəbistanının ərəb dilinə göstərdiyi diqqətin, onun müxtəlif xalqlara tanıdılmasının açıq göstəricisidir. Orta əsrlərdə Azərbaycan alimləri, ədibləri və şairləri ərəb dilində dəyərli əsərlər yazaraq İslam mədəniyyətinin zənginləşməsinə böyük töhfə veriblər: “Sevindirici haldır ki, bu gün də Azərbaycanda ərəb dilinə böyük maraq var. Hazırda ölkədə 10 ümumtəhsil məktəbində və 6 nüfuzlu universitetdə ərəb dili tədris olunur. Biz inanırıq ki, ərəb dili mədəniyyətlər və xalqlar arasında körpü rolunu davam etdirəcək, ölkələrimiz və xalqlarımız arasında yaxınlaşmanı gücləndirəcək”.

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov Azərbaycanda “Ərəb dili ayı”nın keçirilməsinin dil və mədəniyyətlərarası əlaqələrin inkişafına xidmət edən, təhsil və elmi əməkdaşlıq üçün yeni imkanlar açan əlamətdar bir hadisə olduğunu deyib. O bildirib ki, belə bir ayın təşkili ərəb dilinin respublikamızda yayılmasına, öyrənilməsinə və əsrlərlə formalaşmış mədəni irsimizin qorunmasına dəstəkdir: “Ərəb dilinin öyrənilməsi və tədrisi həm tarixi-mədəni irsimizin qorunması, həm də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan addımların gələcəkdə daha da genişlənəcəyinə və yeni əməkdaşlıq imkanları yaradacağına inanırıq”.

Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım videosunun təqdimatı, Akademiyanın Əbcəd mərkəzində təhsil alan azərbaycanlı məzunların çıxışları olub.

Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı və Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım guşəsinə baxış keçirilib.

Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see311

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see308

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see285

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see248

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see244

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see242

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see237

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see235

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see233

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see222

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see207

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see203

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see201

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see201

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see199

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see197

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see197

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see195

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri