BDU beynəlxalq reytinq agentliyi ilə birgə ali təhsil müəssisələri üçün onlayn təlim təşkil edəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın ali təhsil müəssisələrinin nümayəndələri üçün onlayn təlim keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, təlimin məqsədi Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq sistemlərində iştirak imkanlarını artırmaq, eləcə də bu sahədə müasir yanaşmalara, qiymətləndirmə metodologiyalarına və məlumat idarəetmə mexanizmlərinə dair məlumat verməkdir. Təlim zamanı RUR reytinqinin əsas göstəriciləri – tədris keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlmiləlləşmə və maliyyə dayanıqlığı kimi meyarlar üzrə universitetlərin performans qiymətləndirilməsinə dair geniş məlumat veriləcək.
RUR-un əsas məqsədi dünya ali təhsil müəssisələrinin fəaliyyətini şəffaf, obyektiv və çoxölçülü meyarlar əsasında qiymətləndirməkdir. Bu agentlik 80-dən çox ölkədən minlərlə universiteti əhatə edir və universitetlərin fəaliyyətini tədris, tədqiqat, beynəlmiləlləşmə və maliyyə sabitliyi istiqamətləri üzrə 20 göstərici əsasında qiymətləndirir.
Onlayn təlimə link vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
Təlimdə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçdikdən sonra onlayn görüş üçün link əldə edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 03 Noyabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















