Icma.az
close
up
RU
BDU nun təşkilatçılığı ilə Azərbaycanın ali məktəbləri üçün beynəlxalq təlim keçirilib

BDU nun təşkilatçılığı ilə Azərbaycanın ali məktəbləri üçün beynəlxalq təlim keçirilib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 noyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı ilə “Round University Ranking” (RUR) beynəlxalq reytinq agentliyi tərəfindən Azərbaycanın 25 ali təhsil müəssisəsinin nümayəndələri üçün onlayn təlim keçirilib. Tədbirdə ölkənin aparıcı universitetlərinin beynəlxalq əlaqələr, keyfiyyət təminatı, strateji inkişaf və reytinqlərlə bağlı məsul əməkdaşları iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov son illərdə BDU-da elm, tədqiqat və beynəlmilələşmə sahəsində həyata keçirilən strateji təşəbbüslər, beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri, qlobal reytinqlərdə əldə olunan nailiyyətlər və universitetin davamlı inkişaf hədəfləri barədə ətraflı məlumat verib. O, təlimin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Beynəlxalq reytinq təşkilatının nümayəndələri təlimdə RUR sisteminin məqsəd və prinsipləri, qiymətləndirmə meyarları, məlumatların toplanması, təhlili və təqdim olunması prosesi barədə ətraflı təqdimat ediblər. Təlim zamanı ali təhsil müəssisələrinin reytinqlərdə iştirak mexanizmləri, məlumat keyfiyyətinin artırılması yolları və indikatorlara əsaslanan strateji qərarların qəbulunun əhəmiyyəti vurğulanıb. Həmçinin dünya universitetlərinin reytinqlərdə uğurlu təcrübələri təqdim edilib və əldə olunan biliklərin Azərbaycanın ali təhsil sistemində tətbiqi imkanları müzakirə olunub.

Təlim ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə iştirak imkanlarını artırmaq, onların qlobal akademik məkanla inteqrasiyasını gücləndirmək, müasir qiymətləndirmə metodologiyaları və məlumat idarəetmə mexanizmləri barədə bilik və bacarıqları təkmilləşdirmək, həmçinin ali təhsildə baş verən qlobal trendlər, yeni yanaşmalar və beynəlxalq təcrübələr haqqında iştirakçıları məlumatlandırmaq məqsədilə keçirilib.

Qeyd edək ki, RUR beynəlxalq reytinq təşkilatı tərəfindən hazırlanan reytinq siyahısında Azərbaycanın 15 ali təhsil müəssisəsi yer alır və bu siyahıda BDU lider mövqedədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri