BDU da Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 25 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Birinci Türkoloji Qurultaya həsr olunmuş elmi seminar keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Kitabxana-informasiya resurslarının idarə edilməsi kafedrasının magistrantı Cahan Əhmədli “Birinci Türkoloji Qurultay Azərbaycan-Türkiyə elmi və mədəni münasibətləri kontekstində” mövzusunda məruzə edib. O, Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb, bu istiqamətdə elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Məruzədə 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi-mədəni, ictimai-siyasi həyatında mühüm rol oynadığı qeyd edilib, bu mühüm hadisənin xalqlarımız arasındakı inteqrasiyada mühüm mərhələ olduğu vurğulanıb: “Bu tarixi qurultay XX əsrin əvvəllərində türk xalqları arasında milli oyanış prosesini gücləndirib, ortaq dil, tarix və mədəniyyət məsələlərinin elmi müstəvidə müzakirəsini zəruri edən mühüm bir platformaya çevrilib”.
Araşdırmada qurultayın Azərbaycan-Türkiyə elmi və mədəni münasibətlərinin inkişafına verdiyi töhfələr fakt və sənədlər əsasında diqqətə çatdırılıb, bu tarixi hadisənin ortaq mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyəti şərh olunub. İki ölkə arasındakı münasibətlərə dair sənəd-informasiya resurslarının təsnifatı aparılıb, mövzuya dair sənəd fondları və biblioqrafik resurslar tədqiq olunub. Məruzədə qurultayda müzakirə edilmiş məsələlər, qəbul edilmiş qərarlar təhlil edilib, ötən 100 il ərzində bu tarixi hadisəyə həsr olunmuş kitablar, məqalələr araşdırılıb. Ölkə kitabxanalarının fondlarında mövzuya dair ədəbiyyatın statistikası xronoloji dinamikada təqdim olunub.
Elmi seminar müzakirələrlə davam edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 25 May 2026 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















