Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mədəni yaddaşın dirçəlişi: Birinci Türkoloji Qurultaya müasir baxış

Mədəni yaddaşın dirçəlişi: Birinci Türkoloji Qurultaya müasir baxış

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 27 fevral, AZƏRTAC

Birinci Türkoloji Qurultay barədə danışanda adətən tarix kitablarının soyuq cümlələri yada düşür. Halbuki 1926-cı ildə Bakıda baş verən hadisə quru bir elmi toplantı deyildi; o, bir epoxanın ruhunu, Türk dünyasının daxili ehtiyaclarını və həmin dövrün siyasi-ideoloji dalğalanmalarını özündə birləşdirən mürəkkəb bir proses idi. O qurultayda toplaşan insanlar yalnız dilçilik və tarix müzakirə etmirdilər, əslində isə öz kimlikləri, gələcək taleləri və mədəni yaddaşları haqqında düşünürdülər. Aradan yüz il keçəndən sonra bu hadisəyə baxanda onun əhəmiyyətini təkcə qəbul edilən qərarlarda yox, yaratdığı mənəvi atmosferdə görmək olur. O dövrdə Bakı ideyaların, mədəni axınların və siyasi maraqların kəsişdiyi böyük bir məkana çevrilmişdi. Qurultayın məhz burada keçirilməsi Türk dünyasının öz sözünü demək cəhdinin simvolu idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Şamama Qabilqızı söyləyib. Onun sözlərinə görə, 1920-ci illərin əvvəllərində türkologiya elminin vəziyyəti birmənalı deyildi: “Türkiyədə bu sahə yeni formalaşır, elmi institutlar qurulurdu, lakin Avropa və Rusiyada aparılan tədqiqatlarla müqayisədə ciddi boşluqlar hiss olunurdu. Əhməd Cövdətin 1923-cü ildə Bakıda olduğu vaxt yazdığı məqalələrdə Rusiyada türk dili və tarixi üzrə araşdırmaların Türkiyədən xeyli irəlidə olduğunu təəssüflə qeyd etməsi dövrün intellektual mənzərəsini açıq göstərirdi. O, eyni zamanda ümidini itirmir, milli elmi mərkəzlərin yaranacağına, Türk dünyasının öz elmi dili və düşüncə tərzinin formalaşacağına inanırdı. Bu inam təkcə fərdi optimizm deyildi. Türk dünyasında yayılmaqda olan bir ehtiyacın ifadəsi idi”.

Müsahibimiz qeyd edib ki, Qurultayda ən çox müzakirə olunan məsələlərdən biri latın qrafikasına keçid idi. Bu qərar əslində mədəni və siyasi məna daşıyırdı. Latın qrafikasına keçid türk xalqları arasında yazı birliyini gücləndirmək, elmi və mədəni mübadiləni asanlaşdırmaq məqsədi daşıyırdı. Bununla yanaşı, Qərb elmi ilə inteqrasiyanı sürətləndirmək, yeni terminologiya yaratmaq kimi məqsədlər də vardı. Bu müzakirələrin arxa planında geosiyasi reallıqlar da hiss olunurdu. Elmin siyasətdən tamamilə ayrılmasının mümkün olmadığı bir dövrdə qəbul edilən qərarlar həm elmi, həm də ideoloji çalarlar daşıyırdı”.

Müsahibimiz qeyd edib ki, sonrakı illərdə siyasi proseslər, ideoloji təzyiq elmi mühitin sərbəst inkişafını məhdudlaşdırıb. Qurultayda iştirak etmiş bir sıra alimlərin repressiyalara məruz qalması həmin dövrün acı reallığıdır. Buna baxmayaraq, qurultayın ideyaları tamamilə itib-batmadı. Onun qoyduğu suallar nəsillərin yaddaşında yaşadı və müxtəlif dövrlərdə yenidən gündəmə qayıtdı.

Ş.Qabilqızı əlavə edib ki, bu gün Birinci Türkoloji Qurultay bizə keçmişi xatırlatmaqla yanaşı, gələcəyə dair suallar da ünvanlayır: “Türk dünyasının elmi və mədəni inteqrasiyası hansı səviyyədədir? Ortaq terminologiya, ortaq tədqiqat platformaları nə dərəcədə formalaşıb? Bu sualların cavabı hələ də axtarış mərhələsindədir. Lakin 1926-cı ildə Bakıda toplaşan alimlərin cəsarəti və uzaqgörənliyi bu axtarışların mənəvi dayağı olaraq qalır. Onların yaratdığı intellektual iz bu gün də türkoloji düşüncənin yaddaşında yaşayır və bizi daha məsuliyyətli gələcəyə səsləyir. Birinci Türkoloji Qurultay təkcə elmi tarixdə bir mərhələ deyil, həm də mədəni yaddaşın dirçəldilməsi cəhdi idi. O cəhdin uğurları və uğursuzluqları ilə birlikdə dəyərləndirilməsi bu gün üçün vacibdir. Çünki keçmişin dərsləri olmadan gələcəyin yolu da aydın görünmür. Bu mənada Birinci Türkoloji Qurultay yüz il sonra da danışır – səssiz, amma israrlı bir çağırış kimi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Fevral 2026 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri