BDU da Birinci Türkoloji Qurultayın simulyasiya konfransı keçiriləcək
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 12 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə fevralın 28-də Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində mühüm mərhələ olub. Simulyasiya konfransının keçirilməsində məqsəd türk xalqlarının dil, yazı və elmi-mədəni inkişafının müasir əsaslar üzərində yenidən qurulması ideyasına nəzər yetirmək, bu istiqamətdə müzakirələr aparmaqdır.
Konfrans çərçivəsində türk dillərinin elmi əsaslarının öyrənilməsi, qarşılıqlı anlaşmanın gücləndirilməsi və ortaq problemlərə vahid yanaşmanın formalaşdırılması müzakirə olunacaq. Konfrans ümumilikdə Türk dünyasının intellektual inteqrasiyası və modernləşməsi ideyasını əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 12 Fevral 2026 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















