Icma.az
close
up
RU
BDU da elmi konfrans: yerli və xarici gənclər bir araya gəlib

BDU da elmi konfrans: yerli və xarici gənclər bir araya gəlib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tələbələrin “Gələcəyin alimləri” adlı XI respublika elmi konfransı keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Farid Nağıyev tələbələrin hələ ilk kurslardan elmi-tədqiqat fəaliyyətinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu yanaşma onların tədris prosesində qazandıqları biliklərin daha dərindən mənimsənilməsinə şərait yaradır. Həmçinin qeyd olunub ki, belə konfranslar gənc tədqiqatçılarda elmi nəticələrin təqdimatı, müzakirə aparmaq və suallara cavab vermək kimi mühüm bacarıqların formalaşmasında xüsusi rol oynayır.

Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafına göstərdiyi qayğıdan, müstəqillik illərində onun rəhbərliyi altında ölkəmizin keçdiyi inkişaf yolundan danışıb. O, Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha böyük uğurlara imza atdığını, Qarabağın azadlığının gerçəkləşdiyini, azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini, uzun illər köçkün həyatı yaşayan vətəndaşlarımızın öz yurdlarına qayıdışının uğurla davam etdiyini bildirib. Dekan dövlət başçısının süni intellekt texnologiyalarının tətbiqinin və elmi potensialın gücləndirilməsinin gələcək inkişaf üçün prioritetlərdən biri olması barədə fikirlərini xatırladaraq, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Konfransda hazırda BDU-da təcrübə keçən Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları da iştirak ediblər. Onların adından Daniyar Jakhanov çıxış edərək, konfransda iştirakın onlar üçün gözəl bir təcrübə olduğunu bildirib.

Fizika fakültəsinin tanınmış məzunu, uzun illər Meksika Dövlət Universitetində fəaliyyət göstərmiş Əməkdar elm xadimi, professor Natiq Atakişiyev tələbəlik illərindən və elmi fəaliyyətə başlama yolundan söz açıb, gənc tədqiqatçılara dəyərli tövsiyələr verib.

Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov, Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri Aidə Əhmədova çıxışlarında elmi fəaliyyətdə uğur qazanmaq üçün davamlı zəhmətin vacibliyini vurğulayıb, konfransın işinə uğurlar arzulayıblar.

Konfransın plenar iclasına Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov sədrlik edib. II kurs magistrantı İbrahim Nəhmədov “Kütləsi koordinatdan asılı kvant zərrəciyinin yeni hiperbolik potensialda hərəkəti”, I kurs tələbəsi Sevgi Şirinova “Fe₃O₄ nanohissəciklərinin ölçüdən asılı maqnit xassələri” mövzularında təqdimatlar ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Molekulyar fizika” bölməsində 21, “Bərk cisimlər fizikası” bölməsində 51, “Fizikanın tədrisi metodikası” bölməsində isə 38 məruzə dinlənilib. Sonuncu bölmədə Abay Qazax Milli Pedaqoji Universitetinin magistrantları 6 məruzə ilə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri