Icma.az
close
up
RU
BDU da tədbir: “Gələcəyin gənclər dialoqu”

BDU da tədbir: “Gələcəyin gənclər dialoqu”

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Birləşmiş Millətlər Təşkilatının (BMT) 80 illik yubileyinə həsr olunmuş “Gələcəyin gənclər dialoqu” adlı tədbir keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirin açılış mərasimində rektor Elçin Babayev BMT-nin qlobal sülhün, təhlükəsizliyin, insan hüquqlarının və davamlı inkişafın simvolu olaraq dünya birliyinə xidmət etdiyini söyləyib. “Müstəqilliyimizin ilk illərindən etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasət kursunun əsas istiqamətlərindən biri ədalət prinsipləri əsasında BMT ilə çoxşaxəli əməkdaşlığın inkişafı olub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin humanitar, elmi, iqlim və dayanıqlı inkişaf sahələrində beynəlxalq nüfuzunu artırır. Azərbaycan-BMT əməkdaşlığı sülh və təhlükəsizlik, dayanıqlı inkişaf və insan hüquqları istiqamətlərində inkişaf etdirilir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun müxtəlif layihələr həyata keçirir, sosial-iqtisadi inkişaf, humanitar yardım və elmi təşəbbüslərdə fəal iştirak edir. Bakı Dövlət Universiteti Azərbaycanın bu strateji siyasətini tədris, tədqiqat və ictimai fəaliyyətlərdə dəstəkləyir.

Universitetin təşkil etdiyi tədbirlər tələbələri və gənc alimləri beynəlxalq müzakirələrə cəlb edir və onları qlobal problemlərin həllinə hazırlaşdırır. “Model BMT” və “Gənclərin dayanıqlı inkişaf forumları” çərçivəsində tələbələr BMT strukturlarının işini öyrənir, humanitar və ekoloji məsələlər üzrə simulyasiya müzakirələrində iştirak edir və qərar qəbulu proseslərini təcrübədən keçirirlər. Universitetin təşkil etdiyi “Baku Climate Science Conference” tədbiri COP29 çərçivəsində keçirilib, BDU alimləri və tələbələri iqlim dəyişikliyi, ekoloji dayanıqlıq və davamlı inkişaf sahəsində BMT-nin məqsədlərinə uyğun layihələr təqdim ediblər. Bu tədbir həm ölkəmizin BMT ilə əməkdaşlığını gücləndirib, həm də gənc alimlər üçün beynəlxalq müzakirələrdə təcrübə qazandırıb”.

Rektor vurğulayıb ki, son illərdə BDU BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun fəaliyyətini sistemli şəkildə gücləndirib. Bunun bariz göstəricisi kimi, universitet 2025-ci ildə “Times Higher Education” (THE) reytinqində 401-600 aralığına yüksələrək, əvvəlki 1001-1500 mövqeyindən əhəmiyyətli irəliləyiş əldə edib. Bu nailiyyət BDU-nun davamlı inkişaf, sosial məsuliyyət və qlobal tərəfdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirir: “BDU artıq Dayanıqlı İnkişaf Məqsədlərinin 15-ni əhatə edən layihələrlə qlobal miqyasda tanınıb. Universitet dörd istiqamət üzrə (“Yoxsulluğa son”, “Keyfiyyətli təhsil”, “Gender bərabərliyi” və “Bərabərsizliyin azaldılması”) dünyanın ən yaxşı 100 universiteti sırasına daxil olub. Eyni zamanda, “QS World University Rankings: Sustainability 2025” nəticələrinə əsasən, 2024-cü il noyabrın 18-də COP29 çərçivəsində Bakıda rəsmi şəkildə təqdim olunan hesabatda BDU Azərbaycan üzrə lider mövqe qazanıb. Universitet əvvəlki illə müqayisədə 345-dən çox pillə irəliləyərək, 941-950 qlobal intervalında qərarlaşıb və TOP-1000-ə daxil olan yeganə Azərbaycan ali təhsil müəssisəsi olub. Bu göstəricilər BDU-nun iqlim fəaliyyəti, innovasiya, elmi tədqiqat və sosial əməkdaşlıq sahələrində beynəlxalq nüfuzunun artdığını nümayiş etdirir. Bu irəliləyişlər təsadüfi deyil, son illərdə universitetdə yaşıl kampus təşəbbüsləri – “Ekoməkan”, “Tələbə məkanı”, “Ekoenerji” məntəqəsi qurulub, hazırda iqlim diplomatiyası üzrə tədqiqatlar, sosial inklüzivlik proqramları həyata keçirilir. BDU bu sahədə BMT-nin Azərbaycan nümayəndəliyi ilə sıx əməkdaşlıq edir”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanın milli, elmi tərəqqisinə böyük töhfələr verən BDU-da BMT-nin 80 illik yubiley tədbirinin keçirilməsinə görə təşəkkür edib. O bildirib ki, fəaliyyət göstərdiyi dövr ərzində BMT dünyada sülhün qorunması, millətlər arasında əməkdaşlığı təşviq, qlobal problemləri həll etmək üçün fəaliyyət göstərib: “BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi dünya ölkələrinin gələcəyi üçün hazırlanan ortaq gündəliyimizdir. Bunlar yaşıl enerji, yoxsulluğa son qoyulması, təhsilə, səhiyyəyə çıxış, iqlim dəyişmələri ilə mübarizə, inklüziv inkişaf kimi çox vacib məsələləri əhatə edir. Bunların həlli üçün gənclərin dialoqu çox vacibdir. Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi təkcə hökumətlərin deyil, xalqların, universitetlərin, icmaların üzərinə də böyük məsuliyyət qoyur. BDU Azərbaycanda alimlərin, siyasətçilərin, hüquqşünasların, icma liderlərinin yetişməsində mühüm rol oynayır. Gənclər gələcəyin liderləri olmaqla yanaşı, bu günün əsas tərəfdaşlarıdır, onlarla dialoq bu baxımdan çox vacibdir”.

İqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov isə qeyd edib ki, bütün dünya ölkələrində iqtisadi-sosial-ətraf mühitlə bağlı problemlər qalmaqdadır. Hazırda dünyada 1,3 milyard insan elektrikə və təmiz suya çıxış imkanlarından məhrumdur. 800 milyon insan az qidalanmadan əziyyət çəkir. 400 milyona yaxın insan səhiyyə xidmətlərinə əlçatanlıq problemi yaşayır: “Dayanıqlı İnkişaf Məqsədləri Minilliyin İnkişaf Məqsədlərindən daha qlobal səciyyə daşıması və bütün dünya ölkələrini əhatə etməsi ilə fərqlənir. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası ilə bağlı dövlət səviyyəsində fəaliyyətə 2016-cı ildən başlanılıb. Bu gün müxtəlif dövlət və özəl qurumların, universitetlərin Dayanıqlı İnkişaf Məqsədlərini öz siyasətlərinə inteqrasiya etməsi çox sevindiricidir”.

Tədbir “Davamlı gələcək naminə yaşıl keçid, təhsil və sağlamlıq” mövzusunda panel müzakirə ilə davam edib. BMT-nin Azərbaycanda Rezident Əlaqələndiricisinin Ofisinin əməkdaşlıq üzrə mütəxəssisi Rəşad Hüseynovun moderatorluq etdiyi paneldə COP29-un iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı, “Ekosfera” Sosial Ekoloji Mərkəzinin rəhbəri, BDU-nun dosenti Firuzə Sultan-zadə, BDU əməkdaşı, Gənc İqlim Elçisi Günel Həcəliyeva çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, iqlim dəyişikliyi və onun fəsadları Azərbaycan da daxil olmaqla bütün dünya ölkələrinə təsir edir. İqlim dəyişikliyi ilə mübarizə təkcə hökumətləri deyil, cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Gənclər iqlim həllərinin icraçısı kimi deyil, müəllifi kimi çıxış etməlidirlər. Panel sessiyada “vahid sağlamlıq” anlayışının əhəmiyyəti vurğulanıb. Bunun 7 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirdiyi, gənclərin bu prosesə verə biləcəyi töhfələr diqqətə çatdırılıb.

Sonda tələbələrlə sual-cavab sessiyası təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri