Icma.az
close
up
RU
BDU da görkəmli jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub Fotolar

BDU da görkəmli jurnalist Hacı Hacıyevin 100 illik yubileyi qeyd olunub Fotolar

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Mətbuat Şurası və Azərbaycan Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə tərcüməçi, publisist, əməkdar jurnalist Hacı Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Universitetin Mətbuat Xidmətindən “AzPolitika”-ya verilən məlumata görə, tədbirin moderatoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid ölkəmizin mətbuat tarixində xüsusi xidmətləri olan Hacı Hacıyevin milli mətbuat ənənələrinə sadiqlik prinsipinin bu gün də qorunduğunu bildirib. Qeyd edib ki, o, Azərbaycan Jurnalistlər İttifaqı İdarə Heyətinin katibi, Azərbaycan Jurnalistlər Birliyinin sədri, 2006-cı ildən isə qurumun fəxri sədri vəzifələrində çalışıb. Onun ədəbi yaradıcılığında bədii tərcümə və publisistika xüsusi yer tutub. “Həsən bəy Zərdabi mükafatı” da məhz Hacı Hacıyevin təşəbbüsü ilə təsis edilib. Prinsipiallığı, qətiyyəti və insanlığı ilə iz qoyan Hacı Hacıyevin xatirəsi hər zaman əziz tutulacaq və anılacaq.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı milli mətbuatın 150 illik yubileyi ərəfəsində medianın inkişafı və ənənələrinin qorunması istiqamətində böyük işlər görmüş Hacı Hacıyevin xidmətlərini qeyd etməyin mənəvi borc olduğunu deyib. Bildirib ki, hələ keçmiş İttifaq dövründə Azərbaycan Jurnalistlər Birliyində millilik məsələsini qabardan Hacı Hacıyevin özü də milli adam, böyük jurnalist idi. Məhz onun təklifi ilə Milli Mətbuat Günü Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin işıq üzü gördüyü günə uyğun olaraq 22 iyul oldu. Milli mətbuatımız Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə dövlət qayğısı ilə əhatə olundu, daha da inkişaf etdi.

Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev bildirib ki, ölkəmizdəki jurnalist təşkilatlarının fəaliyyəti tədris prosesində tələbələrə öyrədilir. Hacı Hacıyevin uzun illər rəhbərlik etdiyi Azərbaycan Jurnalistlər Birliyinin fəaliyyəti haqqında da “Jurnalistikaya giriş” fənnində geniş məlumat verilir. Gənc jurnalistlər bu təşkilatların məqsədləri, iş prinsipləri ilə tanış olurlar.

Sonra çıxış edən BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmli, Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı, Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini Şahin Babayev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının professor əvəzi Sabir Məmmədli və Hacı Hacıyevin oğlu Şahin Hacıyev əməkdar jurnalistlə bağlı xatirələrindən söz açıblar.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Fevral 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri