Icma.az
close
up
RU
BDU da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub

BDU da görkəmli alim və pedaqoq Əhməd Abdinovun 80 illik yubileyi qeyd olunub

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Abdinovun 80 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Professor Əhməd Abdinovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarxın nümayişindən sonra mərasimi açan BDU-nun rektoru Elçin Babayev Əhməd Abdinovun görkəmli alim, peşəkar pedaqoq və elm təşkilatçısı olduğunu bildirib. O qeyd edib ki, professor Əhməd Abdinov 80 illik həyatının 63 ilini BDU-ya bağlayıb. BDU-nun Fizika fakültəsinin məzunu olan görkəmli alim 1972-ci ildə namizədlik, 1978-ci ildə doktorluq dissertasiyası müdafiə edib. 1971-ci ildən BDU-nun Fizika fakültəsində assistent, baş müəllim, dosent, professor, dekan kimi fəaliyyət göstərib, 1992-ci ildən kafedra müdiri vəzifəsində çalışır. Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1993-cü ilin dekabrında Azərbaycan Respublikası təhsil nazirinin müavini təyin edilən Əhməd Abdinov 2000-ci ilə kimi bu məsul vəzifədə çalışıb, bir müddət isə təhsil nazirinin əvəzi olub.

Rektor diqqətə çatdırıb ki, professor Əhməd Abdinov hələ sovet dövründə “Lenin təqaüdü”, “Respublika Lenin Komsomolu Mükafatı” kimi mükafatlara layiq görülüb, fizikanın müxtəlif aktual sahələrinə dair mühüm elmi yeniliklərə imza atıb. Görkəmli alim 650-dək elmi əsərin, ali məktəblər üçün yazılmış beş dərslik və 21 fənn proqramının müəllifidir. Onun elmi rəhbərliyi ilə 7 elmlər doktoru, 31 elmlər namizədi, 14 magistr dissertasiyası müdafiə edilib.

Rektor uzunmüddətli səmərəli elmi və pedaqoji fəaliyyətinə görə Əhməd Abdinova BDU-nun Fəxri Fərmanını təqdim edib.

BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Professor Əhməd Abdinovun həyatı və elmi pedaqoji” fəaliyyəti mövzusunda məruzə edib.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Əhməd Abdinovun Azərbaycan elminə və təhsilinə verdiyi mühüm töhfələri qeyd edib, onun ölkədə ali təhsilin formalaşmasındakı xidmətlərini sadalayıb və qeyd edib ki, professor Əhməd Abdinov görkəmli alim, pedaqoq olmaqla yanaşı, güclü təşkilatçı, gözəl ailə başçısı və prinsipial bir insandır: “BDU-nun gücü də məhz Əhməd Abdinov kimi nəhəng alimlərdədir. Onun həyatı və fəaliyyəti minlərlə tələbəsi üçün nümunədir”.

Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərovun adından təbrik mətnləri, Türkiyənin Bilkent Universitetinin professoru Əmrulla Məmmədovun videotəbriki səsləndirilib.

AMEA-nın akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru Arif Həşimov, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, Fizika İnstitutunun Bərk cisim elektronikası laboratoriyasının rəhbəri Cavad Abdinov, Radiasiya Problemləri İnstitutunun icraçı direktoru Rəvan Mehdiyeva, Fizika fakültəsinin kafedra müdiri Səcidə Abdulvahabova, Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov, Fizika fakültəsinin professoru Tərlan Hüseynov, Ordubad Tusi Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəhya Babanlı Əhməd Abdinovun məhsuldar elmi yaradıcılığından bəhs edib, onun tədqiqatlarının əhəmiyyətini vurğulayıblar.

Görkəmli alimin oğlu, tibb elmləri doktoru Elçin Abdinov və nəvəsi Leyla Abdinova yubliyarın ailəsi adından danışıb və mərasimin təşkilatçısı olan BDU rəhbərliyinə təşəkkürlərini bildiriblər. Sonda söz alan Əhməd Abdinov çıxışında hər bir yubileyin insanın özü, ailəsi, işlədiyi kollektivi, Vətəni qarşısında bir hesabat olduğunu bildirib, gəncləri əməksevər olmağa səsləyib.

 XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri