Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

BDU da Karyera Festivalının açılış mərasimi olub FOTOLAR

BDU da Karyera Festivalının açılış mərasimi olub FOTOLAR

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universiteti (BDU), Dövlət Məşğulluq Agentliyi və BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Karyera Festivalının açılış mərasimi keçirilib. Festivalda ölkəmizin 100-dən çox nüfuzlu işəgötürəni BDU-nun tələbə və məzunlarına 1200-dən artıq vakansiya, 500-dək təqaüd proqramı təqdim edir.

"Unikal" xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev öncə Festivalın keçirilməsində göstərilən dəstəyə görə Dövlət Məşğulluq Agentliyinə, işəgötürənlərə təşəkkürünü bildirib, tələbə və məzunlara uğurlar arzulayıb. O qeyd edib ki, BDU-da artıq neçə ildir keçirilən Karyera Festivalının məqsədi tələbə və məzunları ölkənin aparıcı təşkilat və şirkətləri ilə bir araya gətirmək, onların əmək bazarına uğurlu inteqrasiyasını təmin etmək, savadlı, bacarıqlı və təcrübəli gənclərin ixtisasyönümlü karyera perspektivlərini dəstəkləməkdir. “Açıq qapı” formatında təşkil edilən festivalda digər universitetlərin tələbə və məzunları, həmçinin işsiz və işaxtaran vətəndaşlar da iştirak edirlər. Festivalda iştirak edən 100-dən çox aparıcı dövlət qurumu, özəl şirkət və müəssisə öz fəaliyyət istiqamətləri, mövcud vakansiyaları, təqaüd və  təcrübə proqramları haqqında ətraflı məlumat təqdim edirlər. Festival çərçivəsində iştirakçılar işəgötürənlərlə tanış olmaq, vakansiyalara müraciət etmək, CV təqdim etmək və müsahibə simulyasiyalarında iştirak etmək imkanına sahib olacaqlar. Festivalda tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində “workshop”, təlim və seminarlar keçiriləcək, simulyasiya və startap guşələri təşkil ediləcək. Əminik ki, festival əmək bazarında yeni əməkdaşlıq körpüləri yaradacaq və gənclərin iş həyatı üçün uğurlu bir başlanğıc olacaq”.

Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ülvi Abbasquliyev bildirib ki, Karyera Festivalı məzunların məşğulluğu, işlə təmin olunması baxımından ən önəmli alətlərdən biridir. Bu zaman işaxtaranlarla işəgötürənlər canlı ünsiyyət qurur. Tələbələr və universitetlərlə olan işbirliyi güclənir, işəgötürənlər yeni kadr potensialı əldə edir: “Son illərdə əmək bazarında bir sıra peşə və ixtisaslar öz əhəmiyyətini itirib, əvəzində müasir çağırışlara cavab verən yeni ixtisaslar yaranıb. Bu baxımdan universitetlər və tələbələr müasir çağırışlara hazır olmalı, texnologiyanın inkişafını nəzərə almalıdırlar. İnanıram ki, bu Karyera Festivalında əmək müqavilələri bağlayan yüzlərlə məzun olacaq”.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nicat Əsədli Bakı Dövlət Universitetinin ölkənin ən qədim, qabaqcıl təhsil ocağı olduğunu deyib. O bildirib ki, ölkədə təhsilin, elmin, innovasiyanın inkişafında mühüm rolu olan BDU-nun tələbə və məzunu olmaq qürurvericidir. O, tələbə və məzunları aktiv olmağa, onlar üçün yaradılan şəraitdən yararlanmağa səsləyib.
“LU-MUN Holdinq”in İdarə Heyətinin sədri Emil Məmmədsadıxov, “AZERA Holdinq” MMC-nin direktoru Akif Əliyev çıxışlarında BDU ilə uğurlu əməkdaşlıq qurduqlarını bildirib, festivalda iştirak edən tələbə və məzunlara uğurlar arzulayıblar.

Daha sonra iştirakçı şirkətlərin stendlərinə baxış keçirilib. Sərgi iştirakçıları həmin şirkətlər haqqında ətraflı məlumatlandırılıblar.

Qeyd edək ki, festival çərçivəsində 6 bölmədə tələbə və məzunların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə "workshop", təlim və seminarlar keçiriləcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 27 May 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri