Icma.az
close
up
RU
ATU da Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib Fotolar

ATU da Tibb Festivalının təntənəli açılış mərasimi keçirilib Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mayın 6-da Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tibb Festivalının açılış mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə, Özbəkistan və Belarusdan gəlmiş alimlərin, tibb ictimaiyyəti nümayəndələrinin də qatıldığı festival aktual elmi mövzuların müzakirəsinə həsr edilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstünün və ölkəmizin suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhid həkimlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Tibb Festivalının sərgi və startap guşəsinə baxıblar.

Mərasimdə açılış nitqi ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli 95 il öncə ali məktəbin yaradılmasını ölkəmizdə səhiyyənin və tibb təhsilinin inkişafı tarixində önəmli bir dönüş nöqtəsi kimi qiymətləndirib. Rektor Ulu Öndər Heydər Əliyevin elmə, təhsilə, xüsusilə də tibb sahəsinin inkişafına böyük diqqət və qayğı ilə yanaşdığını, Azərbaycan Tibb Universitetinin inkişafını strateji əhəmiyyətli bir məsələ kimi dəyərləndirdiyini bildirib:

“Ümummilli Lider həm dövlət müstəqilliyinin bərpasından əvvəlki, həm də müstəqillik dövründə dəfələrlə Azərbaycan Tibb Universitetində olub. Dahi Heydər Əliyev ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva üç dəfə universitetimizin tələbə-gəncləri, professor-müəllim heyəti ilə görüşüb, eləcə də ATU-nun nəzdində xalqımıza ərməğan etdikləri klinikaların təməlqoyma və açılış mərasimlərində iştirak ediblər”.

Professor G.Gəraybəyli müasir dövrdə ATU-nun fəaliyyəti və əldə olunan nailiyyətlərdən danışıb:

“Hazırda 1500-dən çox əməkdaşı olan ATU kollektivində akademiklər, Milli Elmlər Akademiyasının müxbir üzvləri, əməkdar elm xadimləri fəaliyyət göstərir. Universitetdə təqribən 7500 tələbə təhsil alır ki, onların 3000-ə yaxını 45 ölkədən olan əcnəbi tələbələrdir. Xarici tələbələrin sayına görə Azərbaycan Tibb Universiteti ölkədəki ali məktəblər arasında öndə gedir. Bu göstərici həm də Azərbaycan Tibb Universitetinin dünya akademik ailəsində artan nüfuzunun və beynəlxalq əlaqələrinin göstəricisidir. Eyni zamanda, bu gün ATU-nun məzunları dünyanın dörd bir yanında peşəkar həkimlər və alimlər olaraq fəaliyyət göstərir, ölkəmizi layiqincə təmsil edirlər”.

Rektor qeyd edib ki, hazırda Azərbaycan Tibb Universiteti “EduRank” və “H-index Azerbaijan” kimi nüfuzlu beynəlxalq platformalarda yüksək mövqe tutmağa çalışır. Həm yerli, həm də xarici ali məktəblərlə əlaqələri gücləndirən ATU 25-dən çox ölkə və 110-dan artıq universitet və elmi təşkilatla əməkdaşlıq edir. Müxtəlif beynəlxalq proqramlar vasitəsilə tələbə və müəllimlərin mübadiləsi uğurla həyata keçirilir. Son illər aparılan islahatlar tədrisin keyfiyyətinin artırılması və rəqəmsallaşmasına, beynəlxalq əməkdaşlığın genişlənməsinə, tədris proqramlarının beynəlxalq akkreditasiyadan keçməsinə xidmət edib. ATU “Tədqiqat universiteti” statusunun əldə olunması, infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi, startap təşəbbüslərinin genişləndirilməsi istiqamətində işləri də intensivləşdirib.

Professor Gəray Gəraybəyli qeyd olunan uğurların arxasında bütün kollektivin, o cümlədən müəllimlərin, tədqiqatçıların və tələbələrin fədakar əməyinin dayandığını bildirib:

“Biz ATU ailəsi olaraq, gələcəkdə də səhiyyə sistemimizə dəyərli mütəxəssislər qazandırmaq, beynəlxalq akademik mühitdə mövqeyimizi gücləndirmək və elmin inkişafına töhfələr vermək yolunda qərarlıyıq. Sizinlə birgə bu şərəfli yolu getmək bizim üçün böyük fəxr və məsuliyyətdir”.

Çıxışının sonunda rektor G.Gəraybəyli yubiley münasibətilə hər kəsi təbrik edib, festival iştirakçılarına məhsuldar müzakirələr, elmi nailiyyətlər arzulayıb.

Sonra ATU-nun tarixi inkişaf yolundan və bu günündən bəhs edən “95 ilin işığında” film nümayiş olunub.

Tibb Festivalının açılış mərasimində AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru, professor Əziz Əliyev, Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev, Türkiyənin Sağlamlıq Elmləri Universitetinin rektoru, professor Kəmaləddin Aydın, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru, professor Nazim Qasımov, Səmərqənd Dövlət Tibb Universitetinin rektoru, professor Cəsur Rzayev, Belarus Dövlət Tibb Universitetinin rektoru Sergey Rubnikoviç və Buxara Dövlət Tibb Universitetinin rektoru, professor Şöhrət Taşayev də təbrik nitqi ilə çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.

Tədbir zamanı ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə Səmərqənd Dövlət Tibb Universitetinin fəxri professoru diplomu və digər xatirə hədiyyələri təqdim edilib.

Tibb Festivalının açılışında musiqiyə də yer verilib. Xalq artisti, “Şöhrət” ordenli professor Mənsum İbrahimov təbriklərini Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımızı tərənnüm edən mahnılarla çatdırıb. Onu tarda xalq artisti Elçin Həşimov, kamançada əməkdar artist Elnur Əhmədov müşayiət edib.

Qeyd edək ki, növbəti günlərdə Tibb Festivalı öz işini paralel panel sessiyalarla davam etdirəcək. Bir neçə məkanda baş tutacaq sessiyalarda daxili xəstəliklər, radiologiya, nevrologiya, klinik mikrobiologiya, pediatriya, epidemiologiya və cərrahiyyə sahəsində yeniliklərə, müasir çağırışlara həsr olunmuş təqdimatlar keçiriləcək, elmi müzakirələr aparılacaq.

Festival çərçivəsində “ATUREK 13” konfransı və ATU Tələbə Elmi Cəmiyyətinin yekun konfransı da baş tutacaq.

Tibb Festivalına mayın 8-də geniş konsert proqramı ilə yekun vurulacaq.











Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 May 2025 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri