Icma.az
close
up
RU
BDU da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

BDU da “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi Zəfərinin beşinci ildönümünə və 18 Oktyabr –Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Müstəqilliyə aparan yol” adlı tədbir keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə “BDU könüllüləri” təşkilatının Geologiya fakültəsi üzrə sədri Ülvi Ağaliyev Azərbaycanın müstəqilliyinin xalqımızın azadlıq iradəsinin, milli birliyinin və fədakarlığının nəticəsi olduğunu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz dönməz xarakter alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə inkişaf edərək regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilib.

BDU-nun Hüquq sektorunun hüquqşünası İsmət Bayramov Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının tarixi əhəmiyyətinə dair məruzə ilə çıxış edib. O, müstəqilliyimizin bərpa olunması prosesindən və bu tarixi qərarın xalqımızın taleyində oynadığı mühüm roldan danışıb. İsmət Bayramov vurğulayıb ki, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində hüquqi, siyasi və mənəvi əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyev məktəbi misilsiz rol oynayıb. Məruzədə Azərbaycanın son illərdə beynəlxalq arenada artan nüfuzu, siyasi, iqtisadi və hərbi sahələrdə əldə etdiyi nailiyyətlər barədə də məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində əldə edilən tarixi Zəfər müstəqil Azərbaycanın gücünü, milli birliyini və dövlətimizin başçısının uzaqgörən siyasətini bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə Azərbaycanın müstəqillik tarixi, dövlət atributlarının mənəvi dəyəri və müasir dövrdə gənclərin dövlətçilik prosesində rolu barədə fikir mübadiləsi aparılıb.

Sonda Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri