Icma.az
close
up
RU
Mətbuat müstəqilliyə aparan yolda

Mətbuat müstəqilliyə aparan yolda

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi hadisələr Azərbaycanın milli ruhlu demokratlarını xalqımızın müstəqillik qazanması üçün bir çox işlər görməyə sövq etdi. Məhz bu illər tariximizdə və taleyimizdə mühüm rol oynayan hadisələr baş verdi. Milli mücahidlərimizin sayəsində milli oyanış və istiqlal fikrini anadilli mətbuatımız ilk dəfə bu illər ərzində açıq-aydın təbliğ etdi.                     “Əkinçi”dən sonra uzun illər susdurulmağa məhkum edilən anadilli mətbuatımız “Həyat”ın zühuru ilə axarına düşdü. Xalqın milli dərdlərini dilə gətirən, “demokratik milli ruhlu ziyalılarımızın qərargahına çevrilən” “Həyat”, daha böyük cəsarətlə çıxış edərək, milli özünüdərk və özünəqaydışı təbliğ edən “Füyuzat”ın doğuşuna səbəb oldu. “Hamiyi-həqiqisi millət” olan “Həyat” “İrşad”ın, “Füyuzat”ın, “İqbal”ın, “Yeni iqbal”ın, “Yeni Füyuzat”ın, “Həqiqət”in, “Tərəqqi”nin, “Açıq söz”ün və daha neçə-neçə qəzet və jurnallarımızın zühuruna yol açdı. 

1905-ci ildə rusiyanı bürümüş hərcmərcilik, anarxiya, iqtisadi böhran çar rus hökumətini istəməyərəkdən, məcburiyyət qarşısında qalaraq 17 oktyabr 1905-ci il manifestini imzalamağa məcbur etdi. Ələ düşən fürsət ölkəmizdə təkcə milli mətbuatımızın inkişafına deyil, həm də milli şüurun oyanışına səbəb oldu. Professor Şirməmməd Hüseynovun təbrincə desək “tarix və tale yenə bizə müstəqil bir xalq kimi yaşamaq uğrunda mübarizə şansı verdi”. Xalq aydınlarının gücü ilə “müstəqil inkişaf və tərəqqi yoluna çıxmaq üçün” ölüm-dirim mübarizəsinə qalxdı. 

Xalqı bu mübarizədən döndərmək, onu həmişə kölə vəziyyətində saxlmaq üçün çar rus hökuməti 1905-1907-ci illər ərzində bütün Azərbaycan ərazisində milli-qırğın törətdi. Azərbaycan xalqı “ilk kütləvi silahlı qırğın” kampaniyasına birinci rus inqilabi illərində məruz qaldı. Ona görə də əksər tədqiqatçılar yazırlar ki, “1905-1907-ci illər yeni yüzillikdə tariximizin ilk faciələr dövrü oldu”. 

Çar rus hökumətinin ermənilərin əli ilə Qafqazın türklər yaşayan hər yerində törətdiyi kütləvi qırğın, təqib, talan xoşbəxtlikdən xalqı yolundan döndərə bilmədi. Əksinə daha da inadkar, əzimkar etdi. İstəyini maarif, tərəqqi, inkişaf yolu ilə əldə etmək istəyən xalqımız “ittihadi tərəqqiyə” güc verdi. Qəzetlər, jurnallar açdı, “Nicat”, “Nəşri-maarifi”, “Səfa”, “Cəmiyyəti-xeriyyə” adlı maarif və xeyriyyə cəmiyyətləri yaratdı, “Səadət”, “Nur”, “Mədrəseyi-ruhani” kimi milli məktəblər açdı, Dövlət Dumasında yaradılmış müsəlman fraksiyası faliyyətə başladı, Rusiya müsəlmanlarının I qurultayı keçirildi və ən əsası özünü həm qələmi, həm silahı ilə müdafiə edən “Difai” təşkilatı yaradıldı. 1906-1907-ci illərin avqust ayında Bakıda müəllimlərin 1-ci və 2-ci qurultayları keçirildi. Bunlar həm xalqın oyanmasına, maariflənməsinə, həm də maddi-mənəvi tərəqqisinə yol açdı.      

Beləliklə, “maarifçi demokratların hazırladıqları milli və mədəni zəmin üzərində formalaşan milli istiqlal hərəkatı” geniş vüsət aldı. Bu hərəkata “bütün varlığı, təmiz qəlbi, ülvi niyyətilə xalqına bağlı olan qüdrətli, nurlu şəxsiyyətlər” rəhbərlik etdi. Onlar xalqın “milli varlığını mühafizə edib saxlamağa müvəffəq olmaq üçün” canlarını belə fəda etdilər. 

Bizi bu zəngin xəzinədən məhrum edən Sovet rus hökuməti unudurdu ki, “varislik və vərəsəlik məsələsi bütöv bir xalqın tarixi və taleyi, indisi və gələcəyi ilə bağlıdır”. Ona görə də bu haqda “son hökmü zaman və tarix özü verəcək” və verdi də. Klassiklərimizin bizə miras qoyub getdikləri zəngin irs, təcrüdə 20-ci yüzilliyin əvvəllərində olduğu kimi, sonunda da müstəqilliyimizə qovuşmaq üçün bir mayak rolunu oynadı.  

Özümüzü özümüzə tanıdan, dərk etdirən mollanəsrəddinçilər və özünüdərki, özünəqaydışı aşlayan füyuzatçılar xalqın oyanışında, maariflənməsində, təşkilatlanmasında misilsiz rol oynadılar. 

Elmira Nizamiqızı

BDU-nun Milli mətbuat tarixi kafedrasının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri