Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

BDU da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat fakültəsinin Ali riyaziyyat və riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, əvvəlcə professor Misir Mərdanovun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev professor Misir Mərdanovu yubileyi münasibətilə təbrik edib, universitetin tarixinin onun yetirmələri olan görkəmli alimlərin fəaliyyəti ilə sıx bağlı olduğunu vurğulayıb.

Rektor qeyd edib ki, Misir Mərdanovun fəaliyyəti elm, müəllimlik və təhsil idarəçiliyi kimi bir-biri ilə sıx bağlı olan sahələri əhatə edir. BDU-da təhsil alıb, burada müəllim və alim kimi çalışıb, sonralar universitetə rəhbərlik edib, daha sonra uzun illər ölkənin təhsil sistemində məsul vəzifə tutub. Misir Mərdanovun elmi və pedaqoji fəaliyyəti bir-birini tamamlayıb. Görkəmli alimin tədqiqatları riyaziyyatın mürəkkəb sahələrindən olan optimal idarəetmənin riyazi üsulları və variasiya hesabı ilə bağlıdır. Bu istiqamətdə apardığı araşdırmalar, elmi əsərləri və uzunmüddətli pedaqoji fəaliyyəti onun alim kimi keçdiyi yolun mühüm hissəsini təşkil edir.

Elçin Babayev uzunmüddətli səmərəli elmi və elmi-pedaqoji fəaliyyətinə, riyaziyyat elminin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına verdiyi töhfələrə və BDU-nun ictimai həyatında fəal iştirakına görə, həmçinin 80 illik yubileyi münasibətilə professor Misir Mərdanova fəxri fərman təqdim edib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında professor Misir Mərdanovun Azərbaycanın elm və təhsil tarixində özünəməxsus iz qoymuş görkəmli xadimlərdən biri olduğunu bildirib. O, alimin uzun illər dövlətin təhsil və elm siyasətinin həyata keçirilməsinə sədaqətlə xidmət etdiyini, dövlətçilik fəaliyyətinin elmi və pedaqoji fəaliyyəti ilə üzvi vəhdət təşkil etdiyini vurğulayıb.

BDU-nun Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev professor Misir Mərdanovun həyat və fəaliyyəti, elmi-pedaqoji və ictimai fəaliyyəti, dərslik yaradıcılığı, eləcə də təhsil sisteminin inkişafına verdiyi töhfələr barədə məruzə ilə çıxış edib. Qeyd olunub ki, alim 21 dərsliyin, 4 monoqrafiyanın, təhsil sahəsinə dair 25 kitabın və 100-dən çox elmi məqalənin müəllifidir.

Tədbirdə Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının müdiri akademik Əhliman Əmiraslanov, ictimai-siyasi xadim, tarix elmləri doktoru Həsən Həsənov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, universitetin Optika və molekulyar fizika kafedrasının məsləhətçi professoru Niftalı Qocayev və Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli çıxış ediblər. Çıxışlarda Misir Mərdanovun Azərbaycan riyaziyyat elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında, elmi-pedaqoji fəaliyyətin təşkilində və ictimai-siyasi həyatda xidmətləri vurğulanıb. Onun BDU-nun rektoru və Azərbaycanın təhsil naziri vəzifələrində çalışdığı dövrdəki fəaliyyəti yüksək qiymətləndirilib.

Sonda professor Misir Mərdanov çıxış edərək ömrünün 62 ilini BDU-ya həsr etdiyini deyib, bundan sonra da ölkədə elm və təhsilin, eləcə də doğma universitetinin inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri