AMEA da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli riyaziyyatçı-alim, AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Misir Mərdanovun Azərbaycan riyaziyyat elminin inkişafında, yüksəkixtisaslı kadrların hazırlanmasında və elmi-pedaqoji fəaliyyətin təşkilində xidmətlərindən danışıb, yubilyarı 80 illik yubileyi münasibətilə təbrik edib.
Tədbir çərçivəsində Misir Mərdanovun elm, təhsil və ictimai fəaliyyət sahəsində xidmətləri yüksək qiymətləndirilib.
Sonra AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Yusif Məmmədov məruzə ilə çıxış edib. O, Misir Mərdanovun elmi yaradıcılığının əsas istiqamətlərindən, riyaziyyat elminə verdiyi töhfələrdən və uzunillik elmi-pedaqoji fəaliyyətindən bəhs edib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, AMEA-nın həqiqi üzvü Əli Abbasov, Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitutunun şöbə müdiri fizika-riyaziyyat elmləri doktoru Telman Məlikov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov çıxış ediblər.
Çıxışlarda Misir Mərdanovun Azərbaycan riyaziyyat məktəbinin inkişafında, elmi kadrların yetişdirilməsində, təhsil və elm arasında əlaqələrin möhkəmləndirilməsində mühüm xidmətləri qeyd olunub. Onun çoxillik elmi və pedaqoji fəaliyyətinin, fundamental tədqiqatlarının və yetişdirdiyi alimlər nəslinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Tədbirdə çıxış edən AMEA-nın müxbir üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri Misir Mərdanov göstərilən diqqət və yüksək qiymətə görə minnətdarlığını bildirib. O, 80 illik ömrünün müxtəlif mərhələlərindən, elmə gəlişindən, müəllimlərindən və elmi fəaliyyətindən söz açıb, həyatının ən böyük qazancının xalqına və Vətəninə xidmət etməyə çalışmaq olduğunu deyib.
Sonda yubilyara xoş arzular çatdırılıb, onun Azərbaycan elm və təhsilinin inkişafına bundan sonra da töhfələr verəcəyinə əminlik ifadə olunub.
Müxbir - Tünzalə Arazlı
Fotoqraf - Xanlar Əlizadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 06 Oktyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















