Icma.az
close
up
RU
BDU da “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib

BDU da “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 8 avqust, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə “R.M 90” proqramlaşdırma müsabiqəsi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, gənc proqramçılar üçün keçirilən xüsusi müsabiqə Azərbaycanın ilk proqramçısı, BDU-nun dosenti olmuş Ramin Mahmudzadənin irsini gənc nəslə çatdırmaq, onlara proqramlaşdırma sahəsində bilik və bacarıqlar qazandırmaq, yeni istedadları üzə çıxarmaq məqsədilə təşkil edilib.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov bildirib ki, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də nəzərdə tutulub. Ali təhsil müəssisələri üçün də tədqiqat, təhsil və sənaye üçlüyünün inkişafını təmin etmək qarşıda duran əsas vəzifələrdəndir. BDU ölkədə lider universitet mövqeyini qoruyub saxlamaqla yanaşı, regionda elm və təhsil üçün dünya səviyyəli platformaya çevrilməyi qarşısına hədəf qoyub. Kompüter və proqramlaşdırma elmləri BDU-da prioritet sahələrdən biridir, universitetdə Rəqəmsal tədqiqatlar laboratoriyası fəaliyyət göstərir. BDU, həmçinin olimpiada hərəkatının aktiv iştirakçısıdır. Üç ildir ki, BDU ali məktəb tələbələri arasında respublika olimpiadaları keçirir. O, “R.M 90” proqramlaşdırma müsabiqəsinin də qeyd olunan məqsədlərə xidmət etdiyini bildirib.

Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov ötən əsrin 70-ci illərinin əvvəllərində respublikada ilk dəfə ilk olaraq proqramçı siniflərinin banisi olan və müstəqillik dövründə proqramlaşdırma istiqamətindəki beynəlxalq yarışların ilk iştirakçılarını hazırlayan Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş belə bir müsabiqənin həm də hesabat xarakteri daşıdığını vurğulayıb. Ramin Mahmudzadə ilə bağlı xatirələrini bölüşən Vüsal Xəlilov onun şərəfli müəllimlik missiyasını yerinə yetirdiyini deyib: “Azərbaycan Mərkəzi Bankının “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda da rəqəmsal maliyyə təşəbbüsləri, innovasiyaların təşviqi ilə maliyyə xidmətlərinə əlçatanlığın artırılması, rəqəmsal infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün kibertəhlükəsizliyin gücləndirilməsi ilə maliyyə bazarlarının fəaliyyətinin dayanıqlılığının artırılması məsələləri əsas kimi götürülüb. Bunun üçün belə kadrlara ciddi ehtiyac var. Bu müsabiqə yüksək intellektə malik gəncləri tanıdacaq”.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini Şahin Əliyev müsabiqə barəsində məlumat verib. “R.M 90” proqramlaşdırma müsabiqəsinin bu il ilk dəfə olaraq Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalında azərbaycanlı qalibləri təqdim etmək məqsədi daşıdığını bildirib. Müsabiqə, həmçinin “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın icrasını özündə ehtiva edir.

Sonra dosent Ramin Mahmudzadənin həyatından bəhs edən videoçarx nümayiş etdirilib.

“49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin Dünya Finalının direktoru Fuad Hacıyev və ICPC Azərbaycan İcmasının direktoru Etibar Seyidzadə müsabiqənin gənclərin bilik və bacarıqlarının inkişafı, yeni istedadların kəşf olunması və proqramçılar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyət kəsb etdiyini deyib, müsabiqənin şərtləri və gedişatı haqqında məlumat veriblər.

Daha sonra müsabiqə başlaynb. Müsabiqədə ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-yə qədər tələbə 4 saat ərzində verilmiş xüsusi proqramlaşdırma tapşırıqlarını həll ediblər.

Avtomatlaşdırılmış şəkildə aparılan qiymətləndirilmə mərhələsindən sonra müəyyən edilən ilk üç yerin qalibi avqustun 31-dən sentyavrın 5-dək Bakıda keçiriləcək ICPC 2025 Dünya Finalı səhnəsində (Bakı Konqres Mərkəzində) xüsusi mükafat və sertifikatlarla təltif olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri