Icma.az
close
up
RU
ICPC dünya finalı çərçivəsində “R.M. 90” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb

ICPC dünya finalı çərçivəsində “R.M. 90” proqramlaşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 3 sentyabr, AZƏRTAC

Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) 49-cu dünya finalı çərçivəsində Azərbaycanın ilk proqramçısı, görkəmli pedaqoq, “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin 90 illik yubileyinə həsr olunmuş “R.M. 90” proqramlaşdırma müsabiqəsinin bağlanış mərasimi keçirilib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) AZƏRTAC-a bildirilib ki, tədbirdə açılış nitqi ilə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev müsabiqənin əhəmiyyətindən bəhs edərək qalibləri təbrik edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov ICPC yarışlarının ölkəmizə gətirilməsində Ramin Mahmudzadənin əvəzsiz rolunu vurğulayaraq qaliblərin də məhz ICPC dünya finalında təltif olunmasını ruhlandırıcı və gələcək uğurlara təşviqedici bir addım olduğunu qeyd edib.

Daha sonra İRİA-nın İdarə Heyətinin sədr müavini Şahin Əliyev və Azərbaycan Respublikası Mərkəzi Bankının departament direktoru Əfqan Abbasovun iştirakı ilə “ICPC-dən Rəqəmsal cəmiyyətə” mövzusunda panel müzakirələri keçirilib. Panel sessiyası zamanı texnologiya və rəqəmsal inkişaf, eləcə də Ramin müəllimin tədris etdiyi dərslər zamanı yaddaqalan xatirələr müzakirə edilib.

Panel sessiyasından sonra qaliblərin mükafatlandırma mərasimi baş tutub. İlk yerin qalibləri Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, 2-ci yer üzrə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Milli Aviasiya Akademiyası və 3-cü yer üzrə qaliblər Bakı Dövlət Universiteti, Marmara Universiteti, Fransa- Azərbaycan Universitetinin tələbələri olublar.

Qeyd edək ki, “R.M 90” proqramlaşdırma müsabiqəsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Bakı Dövlət Universiteti, ICPC Azərbaycan icması və “Caspian Event Organisers” şirkətinin birgə təşkilatçılığı ilə avqustun 8-də Bakı Dövlət Universitetində baş tutmuşdu. Yarışda ali təhsil müəssisələrində təhsil alan və proqramlaşdırmaya marağı olan 50-ə qədər tələbə iştirak edərək 4 saat ərzində xüsusi proqramlaşdırma tapşırıqlarını həll etmişdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri