Icma.az
close
up
RU
BDU da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib FOTOLAR

BDU da şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib FOTOLAR

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Dövlət Universitetinin "BDU könüllüləri" təşkilatı və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid övladları olan abituriyentlər üçün infotur keçirilib. 

"Unikal" xəbər veror ki, əvvəlcə BDU rektoru Elçin Babayev “Zəfər tarixi” lektoriyasında şəhid övladları ilə görüşüb. Rektor Elçin Babayev BDU-nun Azərbaycan elmi, təhsili, ictimai-siyasi həyatında oynadığı mühüm rolu barədə məlumat verib, Universitetin ən böyük məzununun Ümummilli Lider Heydər Əliyev olduğunu bildirib. O, Universitetin əsas missiyasının milli-mənəvi dəyərlərə, dövlətçiliyə bağlı vətəndaş və yüksəkixtisaslı mütəxəssis yetişdirmək olduğunu xatırladıb: “Siz ölkəmizin azadlığı uğrunda gözünü qırpmadan həlak olan, qəhrəmanlıqları ilə tarix yazan şəxsiyyətlərin övladlarısız. Onlara layiq olacağınıza, həyatda, təhsildə uğurlar qazanacağınıza əminik. Hər addımınızda dövlətimiz və xalqımız sizin yanınızdadır”. 

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova BDU-nun ölkəmizdə ali təhsilin flaqmanı olduğunu, burada tələbələr üçün keyfiyyətli təhsil və tədqiqat mühiti yaradıldığını, son illər Universitetin beynəlxalq reytinqlərdə sürətlə irəlilədiyini bildirib. O, tədbirin əsas məqsədinin şəhid övladları olan abituriyentlərin ixtisas seçiminə dəstək vermək, onlarla maraqlı və motivasiya dolu bir gün keçirmək olduğunu vurğulayıb: “Bu il 60-a yaxın şəhidimizin övladı orta məktəbdən məzun olub. Hansı universiteti, hansı peşə və ixtisası seçmələrindən asılı olmayaraq, onların hər birinin seçiminin düzgün olacağına inanırıq” . 

Sonra şəhid övladları Universitetin Heydər Əliyev muzeyi və Heydər Əliyev lektoriyasını ziyarət ediblər. Onlar Ümummilli Liderin zəngin həyat yolu və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponat və məlumatlarla tanış olublar. Qonaqlar BDU-nun Faydalı qazıntılar muzeyi, Təkamül muzeyinə baxış keçiriblər. 

Universitetin “Tələbə məkanı”nda abituriyentlər üçün BDU-da tədris prosesi, fakültə və ixtisaslar, elmi tədqiqat mühiti, sosial və akademik dəstək mexanizmləri, tələbə həyatı barədə məlumatlandırıcı infossesiya keçirilib. 

Sonda şəhid övladlarına Universitetin ekoloji yönümlü layihələri, burada yaradılmış yaşıl zonalarla bağlı məlumat verilib. Onlar BDU-nun “Eko Məkanı”ı, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, tədris binaları, kampusu ilə tanış olublar.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyul 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see756

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see583

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see333

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see324

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see294

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see292

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see286

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see274

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see272

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see271

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see257

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see242

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see240

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see232

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see216

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see214

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see203

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see195

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri