Icma.az
close
up
RU
BDU da “Tələbə məkanı”nın açılışı keçirilib

BDU da “Tələbə məkanı”nın açılışı keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 may, AZƏRTAC

Mayın 26-da Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) birgə əməkdaşlığı ilə Universitetin həyətində “Tələbə məkanı” açılıb.

AZƏRTAC xəbər verir ki, rektor Elçin Babayev yeni açılan “Tələbə məkanı”nın BDU-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərə ən gözəl nümunələrdən biri olduğunu söyləyib. Azərbaycan Konstitusiyasında hər bir şəxsin təhsil hüququ ilə yanaşı, istirahət hüququ, sosial xidmət hüququ var. “Tələbə məkanı” BDU tələbələrinin sosial həyatına rəngarənglik qatacaq, onların şəbəkələşməsinə imkan yaradacaq.

Rektor bildirib ki, “Tələbə məkanı” tələbələrin asudə vaxtlarını keçirəcəyi, birgə debatlar, müzakirələr aparacağı, ünsiyyət quracağı bir yer olacaq: “Burada yalnız Bakı Dövlət Universitetinin deyil, digər ali təhsil müəssisələrinin tələbələri də layihələrini həyata keçirə biləcəklər. Bu məkan planlaşdırılarkən müasir dövrün çağırışları, xüsusilə də dövlətimizin yaşıl texnologiyalar və ekoloji problemlərin həlli ilə bağlı siyasəti əsas götürülüb. Ərazidəki bütün işıqlandırma Günəş panelləri vasitəsilə təmin olunur. Layihənin mühüm cəhətlərindən biri də 24 saat fəaliyyət göstərəcək minikitabxanadır. İstənilən tələbə istənilən vaxt oradakı kitabları oxuya, onlardan bəhrələnə və daha sonra geri qaytara bilər. Hətta öz kitablarını da kitabxanaya əlavə edə bilər”.

AHİK sədri Sahib Məmmədov Azərbaycanda gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, Ulu Öndərin məzunu olduğu BDU-nun Azərbaycanın elm-təhsil məkanında böyük rolunun olduğunu qeyd edib. Bildirib ki, son illərdə universitetdə müasir dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirilir. O, AHİK-in BDU ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb, “Tələbə məkanı”nın universitet tələbələrinin sosial inkişafına xidmət etdiyini vurğulayıb.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Zöhrab Cavadzadə çıxışlarında “Tələbə məkanı”nın tələbələrin sosiallaşmasına, liderlik bacarıqlarının artmasına, universitetin inkişafına təkan verəcəyini bildiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 May 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see303

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see295

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see285

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see279

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see275

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see266

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see258

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see242

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see238

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see234

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see221

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see218

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see208

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see206

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see194

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see179

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see165

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri