Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

BDU da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir

BDU da Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Tələbə Həmkarların I Həmrəylik Forumu keçirilir. İlk dəfə keçirilən forum 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və tarixi Zəfərimizin beş illiyinə həsr olunub.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidi, cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsidir. Bu gün müstəqil, qalib, suveren ölkəmizdə dövlətçiliyin daha da möhkəmləndirilməsində Azərbaycan gənclərinin aparıcı rolu var: “Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Azərbaycan gənclərinin tarixi Zəfərimizin qazanılmasında, ölkəmizin bütün sahələrdə inkişafında, Qarabağda, Şərqi Zəngəzurda aparılan quruculuq işlərində imzası var”.

BDU ailəsinin üzvləri olan tələbə və məzunların ölkəmizdə dövlət gənclər siyasətinin həyata keçirilməsində mühüm rol oynadığını deyən prorektor bütün bu vəzifələrin təşkilatlanmış formada həyata keçirilməsi üçün universitet tərəfindən mühüm addımlar atıldığını deyib. Qeyd edib ki, 2020-ci ildə ali məktəblər arasında ilk dəfə BDU-da Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin yaradılması bu baxımdan yüksək dəyərləndirilməlidir. Dövlət gənclər siyasətinə ölkənin ən böyük tələbə kontingenti ilə öz faydasını verən BDU-da bu prosesin aktiv iştirakçılarından biri də yarım əsrdən çoxdur uğurlu fəaliyyət nümayiş etdirən Tələbə Həmkarlar İttifaqı Komitəsidir. 1974-cü ildən fəaliyyət göstərən BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi ölkənin ali təhsil müəssisələri arasında ən böyük və fəal tələbə həmkarlar təşkilatıdır. Öz sıralarında tələbə, magistrant və doktorantlarını birləşdirən BDU THİK tələbələrlə sistemli iş aparmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyev irsinin, azərbaycançılıq ideyasının, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tədbirlər həyata keçirir: “Bu gün ilk dəfə keçirilən Tələbə Həmkarların I Həmrəylik Forumunun uğurlu nəticələr verəcəyinə, həm BDU tələbələrinin, həm də digər ali təhsil müəssisələrindən olan gənclərin bu prosesdə aktiv iştirak edəcəyinə inanıram”.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ölkənin həyatında aparıcı rol oynayan gənclərin həmrəylik nümayiş etdirməsinin vacibliyini, forumun bu istiqamətdə uğurlu addım olduğunu bildirib. O qeyd edib ki, Azərbaycan gəncləri ortaq məxrəcə gəlməyi, ölkəmizin mənafeyini müxtəlif platformalarda müdafiə etməyi bacarmalıdırlar: “Qeyd olunan istiqamətdə BDU THİK-nin fəaliyyəti çox təqdirəlayiqdir və onlara uğurlar arzulayıram”.

Milli Məclisin deputatları Aydın Hüseynov və Sevinc Fətəliyeva, Azərbaycan Dillər Universitetinin THİK sədri Zəhra Hüseynova yeni reallıqlar dövrünü yaşayan ölkəmizdə həmrəylik faktorunun dövlətimizin və xalqımızın qazandığı uğurlarda mühüm amil olduğunu vurğulayıb, ilk dəfə keçirilən forumun işinə uğurlar arzulayıblar.

Daha sonra BDU THİK-in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

BDU THİK-nin sədri Zöhrab Cavadzadə Komitə tərəfindən 2024-2025-ci illər ərzində görülən işlər haqqında məlumat verib və bu tədbirin digər ali təhsil müəssisələrindən olan tələbə həmkarlar ilə şəbəkələşmə və qarşılıqlı əlaqələr istiqamətində çox faydalı olacağını qeyd edib: “İnanırıq ki, ilk dəfə keçirdiyimiz və birliyimizdən yaranan birgə platforma ilə yenidən dirçələn Qarabağımıza, gündən-günə dünya dövlətləri içərisində öz nüfuzunu artıran ölkəmizə və xalqımıza töhfəmizi verə biləcəyik. Həmrəyliyimizdən doğan gücümüzlə tərəqqiyə yol açacağıq”.

Tədbir BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii hissə ilə davam edib.

Qeyd edək ki, forum öz işini “Böyük qayıdışda gənclərin rolu: THİK-lərin təşkilatlanması və həmrəylik modeli” mövzusunda panel sessiya ilə davam etdirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see882

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see493

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see348

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see313

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see292

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see287

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see274

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see262

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see262

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see254

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see249

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see246

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see244

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see233

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see227

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see226

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see226

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see201

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see191

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri