Icma.az
close
up
RU
BDU da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüş baş tutub

BDU da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüş baş tutub

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlının universitetin tələbələri ilə görüşü baş tutub.

Bakı Dövlət Universitetinin Heydər Əliyev adına lektoriyasında baş tutan görüşdə BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə bildirib ki, Azərbaycan tarixində xilaskar lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev bir-birini tamamlayan böyük siyasi dühalardır. Onların fəaliyyəti nəticəsində Azərbaycan müstəqilliyini qorudu, gücləndirdi, qlobal miqyasda nüfuz qazandı və tarixi Zəfərlər əldə etdi. Xalqın milli iradəsi, dövlətin gücü və liderlərin uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün qürurla müstəqil, qüdrətli, qalib bir dövlət kimi dünya xəritəsində öz yerini möhkəmləndirib. Bu Zəfər yalnız hərbi qələbə deyildi, həm də xalqın milli iradəsinin, dövlətin gücünün, Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamlılığının təntənəsi idi.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin irsi Azərbaycanın müasir tarixində mühüm yer tutur: “Onun milli dövlətçilik ənənələrini qorumaq və inkişaf etdirmək üçün həyata keçirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əldə olunan bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi möhkəm irs dayanır.” Ümummilli Lider Heydər Əliyevin gördüyü uğurlu işlərin miqyası çox geniş idi. O, dövlət quruculuğu prosesində hüquqi bazanı möhkəmləndirdi, Konstitusiya qəbul olundu, ordu quruculuğunda mühüm addımlar atıldı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artıracaq əlaqələr yaradıldı. Onun həyata keçirdiyi iqtisadi islahatlar nəticəsində Azərbaycan neft müqavilələri ilə yanaşı, qeyri-neft sektorunun da inkişafı üçün əsaslı zəmin qazandı. Təhsil, mədəniyyət, səhiyyə, idman sahələrində həyata keçirilən dövlət proqramları gələcək inkişafın bünövrəsini qoydu. Ulu Öndərin qoyduğu siyasi kurs, dövlətçilik prinsipləri və inkişaf strategiyası bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni reallıqlara uyğun şəkildə zənginləşdirilir. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanın müasir inkişaf modelinin bünövrəsini qoydu, Prezident İlham Əliyevin liderliyi isə bu modeli yeni qələbələrə, yeni nailiyyətlərə daşıdı.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mahir Süleymanlı çıxışında qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu, dövlətçilik idealları və xalqı qarşısında misilsiz xidmətləri tariximizin ən parlaq səhifələrini təşkil edir. Onun zəngin həyat və fəaliyyətinin hər bir məqamı müstəqil Azərbaycanın qurulması, gücləndirilməsi və beynəlxalq aləmdə tanınması üçün əsası qoyulmuş strateji bir yol xəritəsidir. Vurğulanıb ki, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin əzmkarlıqla qurduğu və gələcək nəsillərə miras qoyduğu şah əsəridir. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara söykənən dövlətçilik fəlsəfəsi Prezident İlham Əliyevin müasir idarəçilik modelində uğurla öz əksini tapır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davam etdirilməsi müstəqil Azərbaycanın sabahı üçün həlledici idi. Bu baxımdan onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ölkə həyatında yeni mərhələ açdı. Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasını müasir çağırışlara uyğun şəkildə daha da genişləndirdi. Onun daxili və xarici siyasəti Azərbaycanı qlobal arenada güclü söz sahibinə çevirdi. Xüsusilə Qarabağ Zəfəri bu siyasətin əzəmətini və tarixi əhəmiyyətini bir daha nümayiş etdirdi.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Oktyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri