Icma.az
close
up
RU
BDU da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş baş tutub

BDU da “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş baş tutub

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində Milli Müdafiə Universiteti tərkibində Azərbaycan ordusunun Təlim və Tədris mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov ilə BDU tələbələrinin görüşü keçirilib.

Bakı Dövlət Universitetində baş tutan görüşdə BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov bildirib ki, “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi gənclərdə milli dövlətçilik düşüncəsinin formalaşmasına və ideoloji maarifləndirməyə mühüm töhfə verir. Bu layihə Ulu Öndərin siyasi irsinin dərindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz platformadır. Ulu Öndər Heydər Əliyevin hər çıxışı xalqı birliyə, vətənpərvərliyə və dövlətə sədaqətə səsləyirdi. O, xalqın maariflənməsini, milli şüurun güclənməsini və dövlətçiliyin ideoloji əsaslarını formalaşdırırdı. Ümummilli Lider Heydər Əliyevin düşüncə tərzi, idarəetmə mədəniyyəti və strateji baxışı müasir Azərbaycanın siyasi kursunun bünövrəsini qoydu. O, xalqla dövlət arasında mənəvi körpü yaratdı, azərbaycançılıq ideyasını dövlət siyasətinə çevirdi. Prezident İlham Əliyev müdrik siyasətin davamçısı kimi Azərbaycanın qüdrətini yeni zirvələrə yüksəldib. Onun uzaqgörən qərarları və dəmir iradəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib, tarixi Zəfərlərə imza atıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, dünyada hər bir ölkənin tərəqqisi sübut edir ki, bu uğurlar xalqın içərisindən çıxan tarixi şəxsiyyətlərin uzaqgörən siyasətinin gərgin əməyinin bəhrəsidir. Çünki tarixi şəxsiyyətlər yaradır. Bu mənada xalqımızın yetirdiyi böyük siyasi və dövlət xadimi Heydər Əliyev dünyaşöhrətli görkəmli şəxsiyyət olmaqla ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müdrik siyasəti ilə hərtərəfli inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin zəngin fəaliyyəti əsl dövlətçilik məktəbi, gənclərimiz üçün nümunədir. Müstəqil Azərbaycan dövlətinin yaranması və inkişafında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və müstəqilliyimizi əbədi, dönməz etmiş qüdrətli şəxsiyyətdir. Ulu Öndər bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkib, respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə edib. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərdir ki, bunun sayəsində ölkəmiz tam olaraq öz ərazi bütövlüyünü təmin edib.

Milli Müdafiə Universiteti tərkibində Azərbaycan ordusunun Təlim və Tədris mərkəzinin rəisi, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas sütunlarından biri kimi güclü və peşəkar ordu formalaşdırıldı. O, ordu quruculuğunu milli təhlükəsizliyin və dövlət müstəqilliyinin təminatçısı kimi qiymətləndirirdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan mühüm qərarlar, hərbi təhsil sisteminin yenidən qurulması və ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi Azərbaycanın müdafiə qabiliyyətini yüksəltdi. Prezident İlham Əliyev bu strateji xətti uğurla davam etdirərək Azərbaycan Ordusunu regionun ən qüdrətli silahlı qüvvələrindən birinə çevirdi. Onun rəhbərliyi ilə həyata keçirilən hərbi islahatlar, texnoloji modernləşmə və zabit heyətinin peşəkarlığının artırılması müasir ordu modelinin yaranmasına səbəb oldu. 2020-ci ildə əldə olunan möhtəşəm Zəfər, 2023-cü ilin antiterror tədbirləri bu siyasətin real nəticəsi və milli iradənin təntənəsi oldu. Bu Qələbələr Ümumilli Lider Heydər Əliyev məktəbinin və Prezident İlham Əliyev siyasətinin vəhdətinin ən parlaq təzahürüdür. Qələbə həm də Azərbaycan xalqının və dövlətinin birliyinin, inamının və sədaqətinin simvoluna çevrildi. Ordu quruculuğu istiqamətində əldə olunan uğurlar ölkəmizin beynəlxalq nüfuzunu daha da möhkəmləndirdi.

Çıxışlardan sonra xatirə şəkli çəkdiririlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see290

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see287

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see231

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see227

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see197

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see186

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see173

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see160

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see153

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see150

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see149

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see147

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see143

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri