BDU dünyanın ən yaxşı universitetlərinin fənn reytinqində...
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı Dövlət Universiteti (BDU) “QS Quacquarelli Symonds” tərəfindən dərc edilən və yüksək akademik standartlara malik universitetlərin fənn reytinqində yer alıb. Belə ki, BDU “QS Subject Rankings 2024” çərçivəsində neft və qaz sahəsində ixtisaslar üzrə dünyanın ən yaxşı 150 universiteti sırasına daxil olub.
BDU mətbuat katibindən bildirilib ki, “QS Subject Rankings” reytinqi hazırlanarkən akademik reputasiya (akademik dairələrdə universitetin tanınması və nüfuzu), işəgötürənlər arasında reputasiya (məzunların işə qəbul edilməsi üzrə şirkət və təşkilatların rəyi), bir elmi nəşrə görə sitatların sayı (elmi tədqiqatların təsir gücünü əks etdirən göstərici), Hirş indeksi (elmi məhsuldarlıq və tədqiqatların sitatlandırma səviyyəsi), beynəlxalq elmi əməkdaşlıq indeksi (universitetin qlobal elmi əməkdaşlıq səviyyəsini əks etdirir) əsas götürülür.
BDU-nun bu uğuru universitetin Strateji İnkişaf Planı çərçivəsində həyata keçirdiyi davamlı islahatların, elmi potensialın artırılmasının və beynəlxalq əlaqələrin genişləndirilməsinin nəticəsidir.
Baxış sayı:104
Bu xəbər 10 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















