BDU ilə İsrailin Qordon Akademik Təhsil Kolleci arasında anlaşma memorandumu imzalanıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 1 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Qordon Akademik Təhsil Kolleci arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Memorandumda hər iki təhsil müəssisəsində təlim-tədris prosesinin təkmilləşdirilməsi vǝ beynǝlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihǝlǝrin, konfrans, sərgi, seminar, simpozium, qısamüddətli kursların, təlimlərin keçirilməsi, ortaq elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Həmçinin elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planlarının və sillabusların hazırlanması, təlimlərin keçirilməsi, akademik, inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi məsələlər memorandumda öz əksini tapıb.
Sənədi BDU-nun rektoru Elçin Babayev və Qordon Akademik Təhsil Kollecinin prezidenti İlana Levenberq imzalayıb.
Əsası 1953-cü ildə qoyulmuş Qordon Akademik Təhsil Kolleci İsrailin nüfuzlu təhsil müəssisələrindən biridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 01 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















