BDU və 4SİM arasında anlaşma memorandumu imzalanıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 may, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı, o cümlədən sənaye müəssisələrinin texnoloji və yaşıl transformasiyası, insan kapitalının inkişafı istiqamətində tədbirlər davam etdirilir. Bu istiqamətdə Bakı Dövlət Universiteti (BDU) və İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, sənəd sənaye 4.0 və süni intellekt sahələrində birgə təşəbbüslərin həyata keçirilməsini, elmi-tədqiqat fəaliyyətləri və qabaqcıl təcrübə mübadiləsinin genişləndirilməsini, insan kapitalının inkişafı, habelə innovasiyayönümlü tərəfdaşlığı nəzərdə tutur.
Süni intellekt sahəsində əməkdaşlığın qurulması, süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, bu sahədə innovativ həllərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycan iqtisadiyyatına uyğunlaşdırılması, eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılması məqsədilə birgə tədqiqatların, təhlillərin və təcrübə mübadiləsinin aparılması da memorandumda əksini tapıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 06 May 2026 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















