BDU ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universiteti (BDU) ilə Qırğızıstan Beynəlxalq Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və Qırğızıstan Beynəlxalq Universitetinin rektoru Ainura Adieva imzalayıblar.
Bu memorandum tərəflər arasında təhsil və elm sahələrində əməkdaşlığın əsasını formalaşdıracaq. Sənəd çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.
Qırğızıstan Beynəlxalq Universiteti ilə imzalanan memorandum BDU-nun beynəlxalq əlaqələrini genişləndirmək və qlobal nüfuzunu artırmaq məqsədilə atdığı mühüm addımlardan biridir. Bu əməkdaşlıq universitetlərin regionlararası elmi və mədəni inteqrasiyasını gücləndirərək, tərəflərin qarşılıqlı faydalı inkişafını təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 19 Dekabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















