Icma.az
close
up
RU
BDU ilə Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 11 iyun, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Bingöl Universiteti arasında anlaşma memorandumu imzalanıb.

BDU-dan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində çıxış edən rektor Elçin Babayev həm təbiət-dəqiq, həm də humanitar elmlər sahələrində hər iki universitetin böyük potensiala malik olduğunu qeyd edib. O bildirib ki, memorandum BDU və Bingöl Universitetinin tələbələri üçün yeni imkanlar açacaq, regionda təhsilin və elmin inkişafına mühüm töhfə verəcək. Xüsusilə biologiya, kimya, fizikanın müxtəlif istiqamətləri, arı xəstəlikləri, nanotexnologiyalar, iqtisadiyyat və qarşılıqlı maraq doğuran digər sahələrdə birgə elmi tədqiqatlar aparıla, ortaq elmi-tədqiqat laboratoriyası yaradıla bilər.

Bingöl Universitetinin rektoru Erdal Çelik BDU ilə uğurlu əməkdaşlığın Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıdığını deyib.

Qeyd edək ki, memorandum çərçivəsində birgə layihələrin, ortaq beynəlxalq elmi seminar və konfransların keçirilməsi, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili nəzərdə tutulur. Bundan əlavə, memorandum universitetlərin tədris, tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübələrinin bölüşdürülməsi üçün yeni imkanlar yaradacaq.

Memorandumu BDU rektoru Elçin Babayev və Bingöl Universitetinin rektoru Erdal Çelik imzalayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri