Icma.az
close
up
RU
“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib AZƏRTAC

“BDU könüllüləri” təşkilatı tələbələrin inkişafı üçün əlverişli platformaya çevrilib AZƏRTAC

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 13 yanvar, AZƏRTAC

Ölkəmizdə könüllülük gənclərin əsas fəaliyyət sahəsi ilə yanaşı, həyat tərzinə çevrilib. Elə Azərbaycanda uğurla icra edilən gənclər siyasətinin də əsas istiqamətlərindən biri məhz gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsidir. Azərbaycanlı gəncləri fərqləndirən əsas özəllik Vətənə sevgi, dəyərlərə bağlılıq, könüldən gələn humanizmdir.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu sözləri təşkilatın sədri Nərmin Heydərova söyləyib. “Hazırda ölkəmizdə ən müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü gənclərdən ibarət qruplar, qurumlar, tabe və müstəqil təşkilatlar yaradılıb. Onların arasında “BDU könüllüləri”nin xüsusi yeri var. Hazırda BDU-nun 25 minə yaxın tələbəsi, 3 mindən çox əməkdaşı, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti arasında böyük nüfuza sahib olan “BDU könüllüləri” təşkilatı öz ətrafında 1500-ə yaxın aktiv tələbə-gənci birləşdirir. Təşkilat artıq 5 ildir ki, ölkə ali təhsilinin flaqmanı olan BDU-nun uğurlarına öz payını qatmaqdadır. “BDU könüllüləri” tələbələrin inkişafı üçün şərait yaradaraq əlverişli platformaya çevrilib. Belə ki, 2024-cü il ərzində “BDU könüllüləri” təşkilatının keçirdiyi 300-dən çox tədbir və fəaliyyətdə 13 mindən çox könüllü gənc iştirak edib”, - deyə o bildirib.

Nərmin Heydərova qeyd edib ki, təşkilatın 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar təşkil etdiyi “Yaşıl dünya naminə” proqramı çərçivəsində 18 tədbir keçirilib, davamlı inkişaf prinsipləri və ekosistemin qorunması istiqamətlərində gənclərin ekoloji maarifəndirməsi artırılıb.

“BDU könüllüləri”, həmçinin müxtəlif könüllü gənclər təşkilatları ilə də əməkdaşlıq edir, birgə layihələr həyata keçirir. Belə ki, bu il 706 könüllümüz Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) keçirdiyi tədbirlərdə universitetimizi təmsil edib. Bu tədbirlər sosial dəyərlərin formalaşdırılması və davamlı strateji yanaşmaların təşviqi məqsədilə təşkil edilib. BDU könüllüləri bu il ölkəmizin ev sahibliyi etdiyi, dünyanın ən böyük tədbirlərindən olan BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) da uğurlu fəaliyyət nümayiş etdiriblər. Konfransda 74 BDU könüllüsü tədbirin keçirilməsinə dəstək verməklə bərabər, iqlim dəyişmələri ilə bağlı problemlər və həll yolları haqqında məlumatlılığı təşviq etməklə konfransın uğuruna töhfə veriblər.

Bütün bunlarla yanaşı, BDU könüllüləri “Təcrübə könüllüləri” proqramı vasitəsilə universitetin müxtəlif struktur və fakültələrində müvafiq istiqamətlər üzrə təcrübə əldə edərək, karyera quruculuğunda önəmli irəliləyişə nail olurlar. Bu günədək 18 BDU könüllüsü universitetdə işlə təmin olunub. BDU könüllüləri digər gənclər təşkilatlarında da müxtəlif vəzifələrdə çalışır, burada əldə etdikləri təcrübələr ilə fəaliyyətlərini yüksək səviyyədə təşkil edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Yanvar 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri