Icma.az
close
up
RU
Bakı böyük beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevrilib

Bakı böyük beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevrilib

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

Müasir dövrdə geosiyasi gərginliklərin, iqtisadi qeyri-müəyyənliklərin və təhlükəsizlik çağırışlarının artdığı şəraitdə daxili sabitlik dövlətin dayanıqlı inkişafının əsas şərtlərindən biridir. Azərbaycan da bu baxımdan uğurlu bir nümunədir. Ölkədəki sabitlik bizi təlatümlərdən qorumaqla yanaşı, uzunmüddətli layihələrin reallaşdırılmasına imkan verən strateji kursun müəyyənləşməsinə xidmət edir. Bu kurs Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasətin uğurlarından biridir. Siyasi proseslərin proqnozlaşdırılmasında da bu sabitlik amili mühüm rol oynayır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.

O qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq iqtisadi əməkdaşlıq platformalarında artan rolunun və etibarlı tərəfdaş kimi nüfuzunun növbəti təsdiqidir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, maliyyə institutlarının rəhbərlərini, investorları və ekspertləri bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın beynəlxalq maliyyə və inkişaf gündəliyində mühüm mövqeyə malik olduğunu nümayiş etdirir.

“Son illərdə Bakı bir sıra nüfuzlu beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərə uğurla ev sahibliyi edib. Müasir infrastruktur, inkişaf etmiş nəqliyyat sistemi, yüksək səviyyəli mehmanxana xidməti və təhlükəsizlik imkanları şəhəri iri beynəlxalq forumların keçirilməsi üçün əlverişli məkana çevirib. İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının da Bakıda keçirilməsi Azərbaycanın təşkilatçılıq potensialını bir daha nümayiş etdirir”, - deyə deputat bildirib.

Azər Allahverənov Azərbaycanın son illər iqtisadiyyatın şaxələndirilməsi, yaşıl enerji layihələrinin genişləndirilməsi, rəqəmsal transformasiya və dayanıqlı inkişaf istiqamətində mühüm addımlar atdığını xatırladıb: “belə bir tədbirin Bakıda keçirilməsi bu prioritetlərin beynəlxalq səviyyədə təqdim olunmasına və ölkənin inkişaf modelinin daha geniş auditoriyaya çatdırılmasına imkan yaradıb. Həmçinin tədbir yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün də əhəmiyyətli platformadır. Tədbir çərçivəsində regional iqtisadi inteqrasiya, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, ərzaq təhlükəsizliyi, enerji keçidi və innovativ maliyyə alətləri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu baxımdan, toplantılar region ölkələri arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə və yeni tərəfdaşlıqların yaranmasına töhfə verib”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see353

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see330

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see306

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see300

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see296

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see282

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see282

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see277

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see275

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see255

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see255

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see229

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see227

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see223

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see222

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see221

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see216

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see206

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see205

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri