Icma.az
close
up
RU
BDU nüfuzlu reytinqdə ilk dəfə qlobal TOP 200 də qərarlaşdı

BDU nüfuzlu reytinqdə ilk dəfə qlobal TOP 200 də qərarlaşdı

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) nüfuzlu “Times Higher Education (THE)” təşkilatının açıqladığı “THE Sustainability Impact Ratings 2026” (THE Dayanıqlı İnkişafa Təsir Reytinqləri 2026) reytinqində mühüm uğur qazanıb.

Moderator.az xəbər verir ki, universitet ilk dəfə olaraq bu reytinqdə 101–200 diapazonunda qərarlaşaraq dünyanın TOP 200 ali təhsil müəssisəsi sırasında yer alıb. BDU ötən il qərarlaşdığı 401–600 diapazonundan yüksələrək dayanıqlı inkişaf sahəsində beynəlxalq fəaliyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.

2026-cı il reytinqində 1600-dən çox ali təhsil müəssisəsi qiymətləndirilib. BDU 16 Sustainable Development Goals (SDGs) (Dayanıqlı İnkişaf Məqsədləri - DİM) üzrə qiymətləndirmədə iştirak edib və bir sıra istiqamətlər üzrə dünyanın aparıcı universitetləri sırasında qərarlaşıb. Universitet 5 Dayanıqlı İnkişaf Məqsədi üzrə qlobal TOP 100-ə daxil olub. Belə ki, BDU DİM 1 – "Yoxsulluğa son" üzrə 23-cü, DİM 4 – "Keyfiyyətli təhsil" üzrə 63-cü, DİM 5 – "Gender bərabərliyi" üzrə 3-cü, DİM 10 – "Bərabərsizliyin azaldılması" üzrə 40-cı, DİM 16 – "Sülh, ədalət və güclü institutlar" üzrə isə 92-ci yerdə qərarlaşıb.

“THE Sustainability Impact Ratings” universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni qiymətləndirən ən nüfuzlu beynəlxalq reytinqlərdən biridir. Reytinq ali təhsil müəssisələrinin təhsil və elmi-tədqiqat fəaliyyəti, idarəetmə sistemi, sosial məsuliyyət təşəbbüsləri, cəmiyyətə təsiri və ətraf mühitin qorunmasına yönəlmiş fəaliyyətləri əsasında formalaşdırılır və universitetlərin dayanıqlı inkişaf gündəliyinə verdiyi real töhfəni əks etdirir.

Əldə olunan nəticə BDU-nun beynəlxalq ali təhsil məkanında mövqeyinin ardıcıl şəkildə möhkəmləndiyini bir daha təsdiqləyir. Reytinqdəki yüksəliş universitetdə sosial məsuliyyət, inklüzivlik, bərabər imkanların təmin edilməsi, keyfiyyətli təhsil və dayanıqlı inkişaf prinsiplərinin institusional səviyyədə sistemli şəkildə həyata keçirilməsinin nəticəsidir. Eyni zamanda, bu nəticə BDU-nun beynəlxalq akademik nüfuzunu, qlobal tərəfdaşlıqlar üçün cəlbediciliyini və strateji əməkdaşlıq potensialını daha da gücləndirir.

BDU rəhbərliyi bu mühüm nailiyyət münasibətilə universitetin professor-müəllim heyətini, əməkdaşlarını, tələbələrini və tərəfdaşlarını, eləcə də “THE Sustainability Impact Ratings 2026” reytinqində təmsil olunan digər Azərbaycan ali təhsil müəssisələrinin kollektivlərini təbrik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 İyun 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri