Icma.az
close
up
RU
BDU dünya universitetləri reytinqində TOP 700 lükdə yer alıb

BDU dünya universitetləri reytinqində TOP 700 lükdə yer alıb

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Dövlət Universiteti (BDU) ali təhsil sahəsində dünyanın ən nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən tərtib edilən “QS World University Rankings 2026: Top global universities” cədvəlində 688-ci yerdə qərarlaşaraq, növbəti mühüm uğura imza atıb.

"Unikal" xəbər verir ki, bu nəticə Universitetin ötənilki 951–1000 aralığındakı mövqeyindən əhəmiyyətli irəliləyişə nail olduğunu göstərir. Qeyd olunan göstərici BDU-nun təkcə Azərbaycanda ali təhsil sahəsində deyil, bütün Cənubi Qafqazda lider mövqeyini bir daha təsdiqləyir və beynəlxalq akademik arenada artan nüfuzunun növbəti təsdiqidir. 

QS agentliyi tərəfindən yeni reytinq sıralaması hazırlanarkən 105 ölkədən 8467 universitetin məlumatları qiymətləndirilib, onlardan yalnız 1501 universitet dünya reytinq siyahısına daxil edilib. Reytinqin hesablanmasında ali təhsil müəssisələrinin akademik nüfuzu, işəgötürənlər arasında tanınma səviyyəsi, elmi nəşrlərin miqdarı və onlara edilən istinadlar, məzunların məşğulluğu göstəriciləri, əcnəbi akademik heyət və tələbə nisbəti, beynəlxalq tədqiqat əməkdaşlıqları və dayanıqlılıq meyarları əsas götürülür. 

BDU-nun bu uğuru son illərdə Universitetin elmi fəaliyyətinin intensivləşdirilməsi, tədris və idarəetmə proseslərinin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə qlobal tərəfdaşlıqların inkişafı istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olmaqla yanaşı, həm də elm, təhsil və innovasiyanın inteqrasiyasına əsaslanan strateji yanaşmanın, sənaye və özəl sektorla qurulan funksional əməkdaşlığın, eləcə də insan kapitalının inkişafına yönəlmiş kompleks islahatların göstəricisidir.

Bu dövrdə Universitetdə qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, tələbə-məzun bacarıqlarının əmək bazarının çağırışlarına uyğunlaşdırılması və rəqəmsal transformasiya ilə müşayiət olunan idarəetmə modellərinin tətbiqi kimi mühüm təşəbbüslər həyata keçirilib. Eyni zamanda, BDU beynəlxalq şəbəkələrdə fəal iştirakını genişləndirərək, nüfuzlu akademik institutlarla, sənaye liderləri və texnoloji şirkətlərlə tərəfdaşlıq əlaqələrini gücləndirib, bu əməkdaşlıqlar vasitəsilə həm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlü tədris mühitinin formalaşmasını təmin edib.

BDU rəhbərliyi bu mühüm göstəricinin əldə olunmasında əməyi olan akademik və inzibati heyətə, tələbələrə və Universitetin bütün tərəfdaşlarına dərin təşəkkürünü bildirir. Universitet növbəti illərdə daha yüksək pillələrdə yer almağı və Azərbaycanın beynəlxalq ali təhsil məkanında mövqeyinin güclənməsinə töhfə verməyi qarşıya əsas məqsəd kimi qoyur. Eyni zamanda, QS reytinqində yer alan digər Azərbaycan universitetlərini bu uğurları münasibətilə təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.

Xatırladaq ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib. BDU bu hədəfə artıq nail olmağın qürurunu yaşayır və ölkənin digər universitetlərinin də qlobal reytinqlərdə irəliləyəcəyinə inanır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 İyun 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri