Icma.az
close
up
RU
BDU nun 23 milyonluq tenderini yenə o şirkət uddu

BDU nun 23 milyonluq tenderini yenə o şirkət uddu

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı Dövlət Universitetinin (BDU) 1 nömrəli tədris binasının əsaslı təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurulub. 

"Cebheinfo.az" “Qaynarinfo”ya istinadən xəbər verir ki, tenderin qalibi “Koneks Construction” MMC seçilib.

BDU ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 23 489 887,57 manatdır. 

Bildirilib ki, “Koneks Construction” MMC satınalma müsabiqələrində fəal iştirak edən şirkətlər sırasındadır. MMC bir çox hallarda təmir-tikinti işləri ilə bağlı tenderlərin qalibi seçilib. Lakin bəzən də geyim və invertar satan şirkət kimi ortaya çıxır. 

Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat olmadığından onun konkret fəaliyyət sahəsi, həmçinin maddi-texniki bazasının hansı səviyyədə olduğu bəlli deyil. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, “Koneks Construction” MMC 27 noyabr 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən şirkətin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Mehdi Fərzəlibəyovdan əvvəl şirkəti Osmanlı Vahid Cuma oğlu, ondan öncə isə Xurşudov Samir Azad oğlu təmsil edib. Açıq mənbələrdə nə Mehdi Fərzəlibəyov, nə Vahid Osmanlı, nə də Samir Xurşudov haqqında məlumat var. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan məlum olur ki, “Koneks Construction” MMC 2021-ci ildən satınalma müsabiqələrində iştirak etməyə başlayıb və ilk sifariş aldığı qurumlardan biri BDU olub. Universitet 2024-cü ildə də şirkətlə satınalma müqaviləsi imzalayıb. Həmin müqavilə invertarların satın alınması ilə bağlı olub. BDU şirkətdən 952 092,43 manata kabinet dəsti, dolab, kreslo, stul və s. bu kimi invertarlar alıb. 

Ümumiyyətlə, BDU-nun keçirdiyi tenderlərdən görünür ki, “Koneks Construction” MMC universitetin sevimli şirkətidir. BDU-nun rektoru Elçin Babayevdir. O, 2019-cu ildən, yəni, “Koneks Construction” MMC dövlət qeydiyyatına alındığı ildən BDU-ya rəhbərlik edir. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Yanvar 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see487

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see438

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see338

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see288

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see279

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see275

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see270

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see263

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see245

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see237

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see229

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see223

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see221

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see217

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see212

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see207

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see195

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see187

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri