Icma.az
close
up
RU
BDU nun 6 mindən çox tələbəsi məzun oldu

BDU nun 6 mindən çox tələbəsi məzun oldu

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə ilk olaraq BDU haqqında videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb:

“Ali təhsillərini uğurla başa vuran 6 mindən çox tələbəmiz məzun olur. Bu gün ali təhsilini başa vuran gənclərimiz Vətənin hər bir guşəsində, o cümlədən doğma Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərində fəal iştirak edir. Bu işlərə həvəslə qoşulan Azərbaycan gəncləri arasında Universitetimizin məzunları da az deyil".

Rektor bildirib ki, 106 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim və 1094 nəfərlik tələbə heyəti ilə fəaliyyətə başlamış BDU-da hazırda 16 fakültədə 1 500 nəfərlik professor-müəllim heyəti çalışır, 25 mindən çox tələbə təhsil alır:

"Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir".

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxışında bildirib ki, BDU yüz ildən artıq insan kapitalının yetişdirilməsi missiyasını yerinə yetirir:

"Bir əsrdən çox müddət ərzində universitet çox sayda alim, mütəxəssis yetişdirib. Ölkə tarixində ilk dəfə altı Azərbaycan universiteti min ən yaxşı universitet siyahısına düşüb. BDU- da həmin siyahıda yer alıb. Bütün bunlar ölkədə elm və təhsil sahəsində görülən işlərin, aparılan islahatların nəticəsidir".

Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən məzunlara sertifikat və tədbirin tərəfdaşları tərəfindən hədiyyələr təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:622
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 İyun 2025 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri