Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

BDU nun indoneziyalı tələbəsi: Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır

BDU nun indoneziyalı tələbəsi: Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 4 fevral, AZƏRTAC

Sofiana Jamil Afifah Bakı Dövlət Universitetinin (BDU) indoneziyalı tələbəsidir. BDU-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Təhsil mübadiləsi proqramı” çərçivəsində təhsil alır. Həm Azərbaycan mədəniyyətini, həm də ölkənin təhsil sistemini çox müsbət qiymətləndirir.

AZƏRTAC indoneziyalı tələbə ilə müsahibəni təqdim edir.

- Xoş gördük, Sofiana, özün barədə məlumat verə bilərsənmi?

- Hazırda BDU-nun hazırlıq qrupunda təhsil alıram. Eyni zamanda, həm ingilis, həm də Azərbaycan dilini öyrənirəm. Bu, mənim dil biliklərimi inkişaf etdirməyə kömək edir. Hazırlıq kursunu bitirdikdən sonra tarix müəllimliyi ixtisası üzrə magistratura təhsili alacağam.

- Necə oldu ki, təhsil almaq üçün Azərbaycanı, məhz BDU-nu seçdin?

- Burada təhsil almağım indoneziyalı müəllimlərimin tövsiyəsi ilə baş tutub. İƏT-in “Təhsil mübadiləsi proqramı” çərçivəsində tələbə adını qazandığım zaman çox sevinmişdim. İndoneziya ilə Azərbaycan arasında möhkəm əlaqələr mövcuddur. Burada indoneziyalı tələbələrin təşkilatı fəaliyyət göstərir, bu da mənim üçün böyük dəstək oldu.

- Ölkəmizlə bağlı hansı təəssüratların var?

- Azərbaycanı çox sevirəm. Xüsusilə Bakı şəhəri, İçərişəhər çox maraqlıdır, burada qədim tarixi abidələr var. Bir müddət əvvəl Şuşaya səfər etmək şansım oldu. Bu mənə çox təsir etdi. Azərbaycan çox qədim tarixə malikdir və bu zənginlik muzeylərdə də öz əksini tapır.

- Milli mədəniyyətimizi, yeməklərimizi necə, bəyənirsən?

- Azərbaycan mətbəxi çox fərqlidir. Biz İndoneziyada əsasən düyü ilə hazırlanmış yeməkləri yeyirik, amma burada ən çox bəyəndiyim yemək xəngəl oldu. Bir gün müəllimimiz xarici tələbələr üçün xəngəl bişirmişdi, biz onu çox bəyəndik. Xəngəl burada çox məşhurdur.

- Azərbaycanın iqliminə öyrəşmək çətin olmadı ki?

- Bildiyiniz kimi, İndoneziyada 2 fəsil var. Buna görə bir az çətin oldu. Amma zamanla uyğunlaşdım.

- Azərbaycanın təhsil sistemi barədə fikirlərin maraqlıdır...

- Azərbaycanın təhsil sistemi çox yaxşıdır. Burada müəllimlərin öyrətmə metodları yüksək səviyyədədir. Hər zaman kömək etməyə hazırdırlar, öyrənmək istədiyimiz mövzuları aydın izah edirlər. Bu da təhsilimə müsbət təsir göstərir.

- BDU-da təhsil almağın hansı üstünlükləri var?

- Bu universitet akademik tədqiqatlara güclü dəstək təklif edir. BDU-da oxumağım mənə tarixi hadisələr, nəzəriyyələr və pedaqoji metodlar haqqında anlayışlarımı dərinləşdirmək imkanı verib. Xarici tələbə kimi müxtəlif mədəniyyətlərdən olan həmyaşıdlarımla ünsiyyət dünyagörüşümü genişləndirib, tənqidi təfəkkürümü artırıb, mədəniyyətlərarası dialoqda iştirak etmək bacarığımı təkmilləşdirib.

- Tələbə həyatını necə keçirirsən?

- BDU-nun “Tələbə evi”ndə qalıram. Yataqxanada xarici tələbələr də qalır. Biz birlikdə asudə vaxt keçirir, yemək bişiririk. Mən indoneziyalı tələbələrin təşkilatında da çalışıram. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) ilə birlikdə layihələr həyata keçiririk.

- Gələcəkdə Azərbaycanda qalmaq və ya işləmək istəyirsənmi?

- Bəli, Azərbaycanda təhsilimi davam etdirmək istəyərəm. Burada iş imkanları da olsa, böyük məmnuniyyətlə çalışmaq istərəm. Azərbaycan mənə çox maraqlı və cəlbedici ölkə kimi görünür. Ölkəmə qayıtdıqdan sonra da Azərbaycanla İndoneziya arasındakı əlaqələrin inkişafına dəstək olmaq istəyirəm. Məqsədim Azərbaycanı İndoneziyada daha çox tanıtmaqdır. İstəyirəm ki, indoneziyalı gənclər Azərbaycan haqqında məlumatlı olsunlar. Bu çərçivədə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı haqqında indoneziyalı gənclər üçün onlayn təqdimat da etmişəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see283

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see276

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see225

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see215

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see211

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see206

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see198

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see197

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see185

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see180

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see176

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see172

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see153

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see151

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see150

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see143

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri